• $
  • €
  • ₽
  • ₺
  • £

"Windows 10 Creators Update" yenilənməsi sabahdan əlçatan olacaq

"Windows 10 Creators Update" yenilənməsi sabahdan əlçatan olacaq
10.04.2017 21:40
Aprelin 11-dən etibarən bütün dünya istifadəçiləri "Windows 10 Creators Update” yenilənməsini pulsuz əldə edə biləcəklər. "Microsoft"-dan Trend-ə verilən məlumata görə, bütün istifadəçiləri yeni imkanlarla daha yaxşı təmin etmək məqsədilə yenilənmə tədricən və növbəli şəkildə quraşdırılacaq.

Yaradıcı alətlərlə yanaşı yenilənmədə "Microsoft Edge”in yeni funksiyaları, təhlükəsizliyin və məxfiliyin idarə edilməsi üzrə əlavə imkanlar və s. yer alıb. "Creators Update” 3D texnologiyası və qarışıq reallıqdan istifadə edib, həmçinin hər bir oyunçuya strimer olmaq imkanını verərək istifadəçilərin potensialını açmaq və onları yaradıcılığa ilhamlandırmaq məqsədilə hazırlanıb.

"Creators Update”də yer almış yeni "Paint 3D” əlavəsi asanlıqla 3D-obyektlər yaratmağa, rəngləri dəyişməyə, tekstura əlavə etməyə, 2D-obyektləri 3D-obyektə dəyişməyə imkan verir. Gözləntilərə əsasən, 2020-ci ildə 3D sənayesinin həcmi 62% artacaq, məhz bu səbəbdən "Microsoft” korporasiyası "Creators Update” vasitəsilə hər bir istifadəçiyə həcmli obyektlər hazırlayıb, 3D aləminə toxunmaq şansı yaratmaq niyyətindədir.

"Windows 10 Creators Update” yenilənməsi "Windows 10” və "Xbox One” da oyun oynamaq, qarşılıqlı əlaqə qurmaq, təəssüratlarla bölüşmək və oyunlardan həzz almaq kimi imkanlar yaradır. Yaradıcı insanlar "Beam” vasitəsilə heç bir əlavə proqram təminatı və avadanlıq əldə etməyərək oyun strimlərini yayımlamaq və real vaxt rejimində qrupla qarşılıqlı əlaqə qura bilirlər ("Beam”in translyasiyası zamanı yubanma 1 saniyədən az təşkil edir). "Beam” vasitəsilə nəinki oyunların yayımını izləmək, həmçinin ünsiyyət qurmaq, prosesdə iştirak etmək və yeni qaydada strimer və qrupla qarşılıqlı əlaqə yaratmaq mümkündür.

"Microsoft Edge” əlavəsi "Windows Store”da kitab oxumaq üçün yaradılıb. Bu gün İnternet məkanında bir çox təhlükəsizlik təhdidi mövcuddur. "Microsoft Edge” əlavəsi "Chrome”a nisbətən fişinq saytlarını 9%, zərərverici proqram təminatını isə 13% çox blok edir və bununla da istifadəçilərin şəxsi məlumatlarını qoruyur. "Google” şirkətinin apardığı fərdi sınaqların nəticələrinə əsasən, "Microsoft Edge” əlavəsi "Chrome”dan daha sürətli işləyir. "Creators Update” yenilənməsində yeni funksiyalar yaranacaq, o cümlədən istifadəçilərə səhifəni tərk etmədən qoşmaların tapılmasında, quruluşunda və açılmasında yardımçı olacaq qoşmaların idarə edilməsinin təkmilləşdirilmiş imkanları yer alacaq.

Ümumiyyətlə, "Windows 10 Creators Update”də istifadəçilərin xahişini nəzərə alaraq bir çox funksiyalar əlavə olunacaq ki, onların saırasında ekranın göy rəngini azaldan "night light” gecəgörmə rejimi, parallel olaraq seriala baxmaq, "Skype”la danışmaq və ya musiqiyə qulaq asmaq imkanını yaradan "mini view” tamaşaetmə rejimi, ekran vaxtının seanslarının davamlılığını məhdudlaşdıracaq və bununla da valideynlər uşaqlarının kompüter arxasında nə qədər vaxt keçirməsini idarə edə biləcək funksiya və s.

"Windows 10 Creators Update”də təhlükəsizliyin monitorinqi üçün yeni servis də yaradılacaq – "Windows Defender” Təhlükəsizlik Mərkəzi ("Windows Defender Security Center”). Vahid idarə etmə paneli bir ekran vasitəsilə bütün təhlükəsizlik funksiyalarına nəzarət etmək imkanı verəcək – antivirus, fayervol və şəbəkə mühafizəsindən qurğunun vəziyyəti və məhsuldarlığı, əlavələrin və brauzerin təhlükəsizliyinin, həmçinin ailə təhlükəsizlik funksiyalarının idarə olunmasınadək. Korporativ müştərilər üçün "Creators Update”də daim yeni alətlər və imkanlar yaradılır ki, bunların vasitəsilə IT şöbənin işini asanlaşdırmaq, yeni proqram təminatının tətbiqini, idarəetməni və "Windows 10”la işləyən qurğuların dəstəklənməsini sadələşdirmək və təhlükəsizlik təhdidlərinin qarşısını almaq mümkündür.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol