• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Azərbaycan üzərindən İrana kənd təsərrüfatı məhsullarını göndərəcək

Ukrayna Azərbaycan üzərindən İrana kənd təsərrüfatı məhsullarını göndərəcək
20.04.2017 12:40
Bu barədə Ukrayna və İran rəsmiləri razılıq əldə ediblər.

REPORT.AZ/ Ukrayna və İran kənd təsərrüfatı məhsullarının daşınmasının təşkili məqsədilə sınaq qatarının buraxılmasına dair razılıq əldə edib. "Report"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ukraynanın infrastruktur naziri Vladimir Omelyan İran nümayəndə heyəti ilə görüşündə deyib.

Onun sözlərinə görə, qatarın marşrutu Azərbaycan və Gürcüstan ərazisindən keçəcək.

"Ukrayna-İran sınaq qatarı artıq bu ilin yayında yola düşə bilər. Bu hər iki ölkə üçün bu əməkdaşlıq perspektivli istiqamətidir. Ukrayna Avropa, Asiya və şərq ölkələri ilə etibarlı tranzit körpü olmaq üçün yeni beynəlxalq nəqliyyat dəhlizləri hazırlamalıdır", - deyə nazir qeyd edib.

V.Omelyan həmçinin İran tərəfinə müraciətində bu ölkənin neftinin Ukraynaya göndərilməsi, habelə Ukrayna ərazisində neft emalı zavodunun tikintisi imkanlarını nəzərdən keçirməyə dəvət edib.

Tərəflər dəniz və avtomobil nəqliyyatı sahəsində də, eləcə də aviasiya sferasında əməkdaşlıq müzakirə ediblər

Xatırladaq ki, 2016-cı ilin əvvəlində Ukraynadan Çinə qatar yola düşüb. Marşrut İpək Yolunun yeni marşrutu adlandırılıb. Bu, Rusiya ərazisini ötməklə, yüklərin şərqdən qərbə daşınması üçün alternativ yoldur. Lakin marşrut böyük xərclər tələb etdiyi üçün rəqabətqabiliyyətli deyil.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol