• $
  • €
  • ₽
  • ₺
  • £

"Total" yaxın vaxtlarda "Abşeron" yatağında qaz hasilatına başlayacaq

"Total" yaxın vaxtlarda "Abşeron" yatağında qaz hasilatına başlayacaq
08.06.2017 23:50
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-də "Total” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Bu barədə Trend-ə QSC-dən məlumat verilib.

AXDG-nin sədri Rauf Vəliyev qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, tərkibində həm nəqliyyat, həm də neft donanması olan Gəmiçiliyin 300-ə yaxın gəmisi var. O, bir çox yerli və xarici şirkətlərə dənizdə neft və qaz hasilatında ofşor xidmətlər göstərən Gəmiçiliyin "TOTAL”la əməkdaşlığının da uğurlu olcağına əminliyini ifadə edib.

"Total”ın nümayəndəsi xanım Karin Lafonten təqdimatla çıxış edib. Təmsil etdiyi şirkətin yaxın vaxtlarda "Abşeron” yatağında qaz hasilatına başlamaq üçün tərəfdaşları ilə birgə səylərini artırdıqlarını vurğulayıb. O bildirib ki, "Total” "Abşeron” yatağına sualtı boru və kabellərin çəkilməsi üçün tender elan edib və qalib şirkət gələn ay məlum olacaq. Bundan sonra "Total” və tenderin qalibi olan şirkətin nümayəndələri 2017-ci ilin iyul-avqust aylarında Gəmiçiliyin neft donanmasının layihəyə uyğun olacaq gəmilərinə baxış keçirəcəklər.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin alyans partnyoru olan "Caspian Marine Services” şirkətinin nümayəndələrinin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol