• $
  • €
  • ₽
  • ₺
  • £

"Maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb"

"Maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb"
16.06.2017 12:02
"Dayanıqlı İnkişaf Məqsədləri Proqramının təməl prinsipləri əməkdaşlıqdan ibarətdir. Müstəqillik illərində əldə edilən nailiyyətlər göstərir ki, Azərbaycan iqtisadi potensiala malikdir. Müstəqilliyin ilk illərində ölkə çətin durumda idi, Ermənistan tərəfindən torpaqlar işğal edilmişdi, ölkə daxilində qeyri-sabitlik hökm sürürdü. Çətinliklərin çoxu arxada qalıb. Azərbaycan təhlükəsiz və sabit ictimai-siyasi mühitə malik dövlətdir”.

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi milli prioritetlər və əməkdaşlıq” mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransında deyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycanda yoxsulluq 49 faizdən 5 faizə, işsizlik 50 faizdən 5 faizə endirilib:

"Ölkədə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 55 fərman imzalanıb. Məşğulluğun artırılması üzrə dövlət proqramları həyata keçirilir. Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün 6 milyard manatdan çox vəsait sərf olunub. Ölkədə qazlaşdırma 90 faizə yaxınlaşıb. İnkişaf etmiş ölkələrdə qazlaşladırma heç 100 faiz deyil, Azərbaycan isə qarşıya 100 faizə qazlaşdırmanı məqsəd qoyub. Azərbaycanda əvvəllər magistral yollar normal deyildi, hazırda bu sahədə köklü dəyişikliklər həyata keçirilir. Ölkədə 5 min məktəb var, bunun da təxminən 3 mini təmir edilib. Ölkədə səhiyyə sahəsində işlər görülür, 5 milyon insan bu il pulsuz tibbi müayinədən keçib. Maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb”.

O bildirib ki, Azərbaycanda insan hüquqları sahəsində beynəlxalq standartlar gözlənilir:

"3 mindən çox qeyri-hökumət təşkilatı, 5 mindən çox kütləvi informasiya vasitəsi, 55 siyasi partiya fəaliyyyət göstərir”.(Report.az)
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol