• $
  • €
  • ₽
  • ₺
  • £

Neft yenidən bahalaşmağa başlayıb

Neft yenidən bahalaşmağa başlayıb
12.07.2017 13:40
Bunun səbəbi ABŞ-da neft ehtiyatlarının kəskin azalması haqqında xəbəblərdir.

ABŞ-ın neft ehtiyatları 1-7 iyul həftəsində 8,13 mln. barel azalıb. "Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə,  bu məlumat Amerika Neft İnstitutunun (API) hesabatında yer alıb. Qeyd edək ki, bu, 2016-cı ilin sentyabr ayından bugünədək ən maksimal azalma hesab edilir. Analitiklər neft ehtiyatlarının 2,9 mln. barel azalacağını gözləyirdilər. API-nin hesabatına görə, həftə ərzində ABŞ-ın benzin ehtiyatları 0,801 mln. barel azalıb. ABŞ-ın əsas - Kuşinq neft terminalında isə neft ehtiyatları 2,03 mln. barel geriləyərək 2014-cü ilin fevral ayından bugünədək ən maksimal azalmanı göstərib.

Qeyd edək ki, API göstəricisi ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün, iyulun 12-də Bakı vaxtı ilə saat 18:30-da açıqlayacağı rəsmi neft ehtiyatları göstəricisinin ilkin siqnalı kimi qəbul olunur. Analitiklər ABŞ-da neft ehtiyatlarının rəsmi göstəricisinin 2,85 mln. barel azalacağını proqnozlaşdırırlar. Neft ehtiyatlarında azalma onun qiymətinin artmasına gətirib çıxara bilər.

"Report"un analitik qrupu bildirir ki, "Brent" markalı neftin qiyməti bu xəbərin açıqlanması ilə artmağa başlayıb və hazırda 1,7% yüksələrək 48,3 dollar/barelə yaxın qiymətə satılır. Neft qiymətlərinin ilin sonuna qədər 42-52 dollar/barel diapazonunda dalğalanacağı ehtimal edilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol