• $
  • €
  • ₽
  • ₺
  • £

500 milyon smartfon təhlükə altındadır

500 milyon smartfon təhlükə altındadır
12.07.2017 20:00
"Palo Alto Networks” şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilmiş yeni troyan "Android” mobil əməliyyat sistemi ilə işləyən 500 milyon smartfonu təhdid edir. "SpyDealer” troyan proqramı ən müxtəlif messencerlərdən fərdi məlumatları oğurlaya, həmçinin danışıqları yaza, SMS mesajları ələ keçirə və qurğunun kamerası ilə şəkillər çəkə bilir.

anews.az ICTnews-a istinadən xəbər verir ki, zərərverici proqram təminatı "Google Play Store” vasitəsilə deyil, "GoogleService” və "GoogleUpdate” proqramları, həmçinin müxtəlif ictimai yerlərdə müdaxilə edilmiş "Wi-Fi” qoşulmalar vasitəsilə yayılır.

"SpyDealer” troyanı quraşdırıldıqdan sonra qurğuda yükləmələri, həmçinin simsiz qoşulmanın statusunu izləməyə başlayır. Troyan proqramı SMS mesajların köməyi ilə kənar serverdən idarəetmə komandaları ala bilər. Nəticədə troyan fərdi məlumatları, həmçinin telefon nömrəsi, IMEI, IMSI məlumatlarını, SMS və MMS mesajlarını, kontakt siyahısını, telefon zənglərinin tarixçəsini, coğrafi mövqe və cari "Wi-Fi” qoşulmaları haqda informasiyanı toplayaraq serverlərə göndərir. "SpyDealer” troyanı mesajları oğurlamaq üçün "Android” sisteminin "AccessibilityService” funksiyasından istifadə edir.

Bundan başqa, sözügedən troyan populyar messencerlərdən (WeChat, WhatsApp, Skype, Line, Viber, QQ, Tango, Telegram, Sina Weibo, Tencent Weibo), "Android” brauzerindən, "Facebook”un mobil tətbiqindən, "Firefox” və "Oupeng” brauzerlərindən, "QQ Mail”, "NetEase Mail”, "Taobao” poçt kliyentlərindən məlumatları oğurlayır. Həmçinin  müəyyən nömrədən telefon zənglərini qəbul edə, danışıqları yaza, smartfonun hər iki kamerasının köməyi ilə ekran görüntüləri və şəkillər çəkə bilər.

Troyan proqramı "Android 2.2.x- 4.4.x” əməliyyat sistemləri ilə işləyən qurğulara daha çox zərər vura bilər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol