• $
  • €
  • ₽
  • ₺
  • £

“Apple” mənfəətini açıqladı

“Apple” mənfəətini açıqladı
02.08.2017 15:00
ABŞ-ın "Apple” korporasiyası bu ilin aprel-iyun aylarına aid maliyyə hesabatını açıqlayıb. 

anews.az lent.az-a istinadən xəbər verir ki, aprel-iyun dönəmini hesabatında 3-cü rüb kimi dəyərləndirən şirkət gəlirinin və xalis mənfəətinin artdığını bəyan edib.

Gəlirlər ötən ilin eyni dövrünə nisbətən 7,1% artaraq 45,4 milyard dollara yüksəlib. Şirkət keçən ilin aprel-iyun aylarında 42,4 milyard dollar gəlir əldə etmişdi. Toplam gəlirin 61%-i beynəlxalq satışlardan qazanılıb.

Korporasiya xalis mənfəətinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5% artaraq 8,7 milyard dollara çatdığını açıqlayıb. (Keçən il 7,8 milyard olub.)  

Açıqlamada "iPhone”, "iPad” və "Mac” kompüteri satışlarının artdığı da vurğulanıb. Belə ki, 3-cü rübdə "iPhone” satışları 1,5% artaraq 41 milyon 26 min, "iPad” satışları 14,8% artaraq 11 milyon 424 min ədəd təşkil edib.

Şirkətin "AppleCare” və "ApplePay” kimi xidmətlərdən əldə etdiyi gəlir bu dönəmdə 21,6% artımla 7,27 milyard dollara yüksəlib. "Apple TV” və "Apple Watch” kimi məhsullardan əldə edilən gəlir də 23% artıb və 2,73 milyard dollar olub.

"Apple” maliyyə ilinin sonunda (4-cü rüb) 52 milyard dollar gəlir əldə edəcəyini proqnozlaşdırır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol