• $
  • €
  • ₽
  • ₺
  • £

Nəhəng ticarət mərkəzi tikilir - Azərbaycanda

Nəhəng ticarət mərkəzi tikilir - Azərbaycanda
10.08.2017 10:25
Gəncədə 25 hektar ərazini əhatə edən, ölkədə ən böyük ticarət mərkəzlərindən biri olan "Grand Qafqaz” Ticarət Kompleksinin tikintisi tamamlanmaq üzrədir.

Anews.az Azərtac-a istinadən xəbər verir ki, ticarət kompleksi 30 ikimərtəbəli, 58 birmərtəbəli binadan ibarət olacaq və burada 4 mindən çox mağaza fəaliyyət göstərəcək.

Bazarda 10 min nəfərin işlə təmin olunması nəzərdə tutulub. Nəhəng ticarət kompleksində bostan bitkiləri, meyvə-tərəvəz, ət və süd məhsulları, eləcə də un məmulatları üçün ayrı-ayrı sektorlar olacaq. Burada balıqlar üçün böyük akvariumlar qurulacaq. Balıq məhsulları isə iri soyuducu anbarlarda saxlanılacaq.

Ticarət kompleksində həm kənd təsərrüfatı məhsullarının, həm də sənaye mallarının topdan və pərakəndə satışı təşkil olunacaq. Piştaxtalarda satışa çıxarılan məhsullar təyinatı üzrə ayrılan bölmələrdə müştərilərə təklif ediləcək. Burada, həmçinin insanların rahatlığı üçün hər cür şəraitə malik otel, restoran, kafe, əyləncə mərkəzi, kinoteatr, bank və sair fəaliyyət göstərəcək.

Hazırda tikintisi davam etdirilən bazarda 200 nəfərə yaxın işçi qüvvəsi çalışır. Tikintidə Gəncə üçün xarakterik olan bişmiş qırmızı kərpicdən istifadə edilir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol