• $
  • €
  • ₽
  • ₺
  • £

ENOC sanksiyalara rəğmən, İrana neft tədarük edib

ENOC sanksiyalara rəğmən, İrana neft tədarük edib
10.08.2017 20:20
Rusiyaya məxsus "VF Tanker-20” gəmisi bu ay artıq 2-ci dəfə Türkmənistan neftini İrana çatdırmaq üçün bu ölkənin Neka limanına yan alıb.

anews.az xəbər verir ki, bu barədə Report xarici mətbuata istinadən məlumat yayıb.

Xatırladaq ki, iyulun sonunda sözügedən gəmi "Dragon Oil”a məxsus nefti qəbul etdikdən sonra Bakı limanında 1 həftə reyddə dayanmalı olub. Buna səbəb kimi gəminin göyərtəsində bəyan edilməmiş yükün olması amili göstərilir. Bundan sonra, "VF Tanker-20” İran tərəfə istiqamət alıb və nefti İran Milli Neft Şirkətinin (NIOC) terminalında boşaldıb.

Belə görünür, gəminin bu manevri "Dragon Oil” və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Neft Şirkətinin (ENOC) neft daşınması və gömrük rəsmiləşdirilməsi zamanı sənədlərdə yükün sonradan Avropaya tranzit məqsədi ilə boşaldılması yeri kimi Bakının göstərilməsi ilə bağlıdır. Belə ki, Türkmənistan hökuməti (Dövlət Gömrük Xidməti və digər strukturlar), çox güman ki, Türkmənistan neftinin İrana tədarükünə icazə vermir.

İstisna deyil ki, "Dragon Oil” Türkmənistanla İran arasındakı soyuq münasibətlər səbəbindən həmin icazəni ala bilmir. Çünki Türkmənistandan İrana nəql olunmuş təbii qazın pulunun ödənilməsi ilə bağlı tərəflər arasında narazılıq var və İran beynəlxalq arbitrajda Türkmənistan əleyhinə iddia qaldırmaq niyyətindədir.

Bundan başqa, gəminin həmin hərəkətləri "Dragon Oil” və ENOC-un İrana neft tədarük etdiklərini gizlətmək, bununla da ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozan şirkətlərin siyahısına düşməkdən yayınmaq istəmələri ilə bağlı ola bilər.

NIOC və onun ticarət strukturu olan NICO, eləcə də, onların müxtəlif ölkələrdəki bölmələri ABŞ-ın sanksiya siyahısına daxildir.

Hazırda "Dragon Oil” və ENOC Rusiyanın "VF Tanker" gəmiçilik şirkətinə məxsus "VF Tanker-13” gəmisinə üçüncü partiyanı yükləməkdədir. Bu gəminin ABŞ-ın sanksiyalarına və Türkmənistanın gömrük nizamnaməsinə baxmayaraq, yenidən İrana gedib-getməyəcəyi sual altındadır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol