• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-lə bu yay daha əyləncəlidir

Azercell-lə bu yay daha əyləncəlidir
11.08.2017 12:31
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom abunəçilərinə daha yaxın olmaq üçün bu yay da "Azercell-lə bu yay daha əyləncəlidir” şüarı altında yola çıxıb. Belə ki, regionlarda, eləcə də Bakıda müsabiqələr, rəngarəng əyləncələrdən və hədiyyələrdən ibarət aksiyalar təşkil olunub. 5-ci ildir ki, Azercell Azərbaycanın bölgələrində və paytaxtında maraqlı aksiyalar təşkil etməklə şirkətin təqdim etdiyi xidmətləri hər kəsə tanıdır. Bölgə və paytaxtda həyata keçirilən layihələr Azercell-in öz müştərilərinə daha da yaxın olmasına, qarşılıqlı ünsiyyətin artmasına, onların istəklərini daha dərindən öyrənməyə imkan verir. Azercell əməkdaşları Gəncə, Goranboy, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Göygöl, Mingəçevir, Yevlax, Bərdə, Lənkəran, Cəlilabad, Şamaxı, İsmayıllı, Şəki və Şirvanda abunəçilərlə görüşlər keçirərək, "Bölgə” https://www.azercell.com/az/personal/tariffs/prepaid/bolge/

və "Dəqiqələri sayma – Limitsiz danış” 

//www.azercell.com/az/personal/campaigns/campaigns_calls/limitsizbolge/ tarif paketləri ilə onları daha yaxından tanış ediblər.

Bölgələrlə yanaşı, Azercell Bakıda da abunəçiləri üçün unudulmaz yay əyləncəsi təşkil edir. Amburan istirahət mərkəzində keçirilən bu tədbirlər nəticəsində abunəçilər Azercell-lə hər görüş günündə virtual olaraq müxtəlif ölkələrə səyahət edirlər. Belə ki, 15-16 iyul tarixlərində Azercell Amburan istirahət mərkəzinə dəvət almış abunəçilərinə və eyni zamanda istirahət mərkəzinin qonaqlarına Braziliya abu-havasını yaşadıb.

Hərarətli Latın Amerika rəqsləri, kapuero şou, müxtəlif müsabiqələr, maraqlı hədiyyələr, çimərlik futbol yarışması, kokteyl və qəlyanaltılar abunəçilərin zövqünü oxşayıb. 6 avqust tarixində isə Kuba rəqsləri, peşəkar rəqqaslardan master klasslar, limbo yarışması, müxtəlif müsabiqələr, maraqlı hədiyyələr, çimərlik futbol yarışması Azercell abunəçilərinə təqdim olunub.

Eyni zamanda abunəçilərə Azercell Plus 

//www.azercell.com/az/personal/services/partner_services/

və

Limitsiz İnternet //www.azercell.com/az/personal/internet/datapacks/unlimited_packs/hour/ p

xidməti haqqında məlumat verilib.

Azercell avqust ayının hər bazar günü abunəçiləri üçün bu kimi əyləncələr təşkil etməyi planlaşdırır. 

Azercell-in bölgə səfərləri, rayonlarda və Bakıda keçirilən aksiya və göstərilən xidmətləri haqqında məlumatı mütəmadi olaraq Azercell-in Facebook səhifəsindən almaq mümkündür.
 






www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol