• $
  • €
  • ₽
  • ₺
  • £

2020-ci ildə bulud bazarının həcmi 200 milyard dolları ötəcək

2020-ci ildə bulud bazarının həcmi 200 milyard dolları ötəcək
16.08.2017 18:20
"Synergy Research Group” analitik şirkətinin proqnozuna görə, qlobal bulud bazarının həcmi il ərzində təxminən 23-29% artacaq və 2020-ci ildə 200 milyard dolları ötəcək.

Tədqiqatçıların fikrincə, "IaaS” və "PaaS” ictimai bulud platformaları ən sürətlə inkişaf edən seqmentlərdir. Bu platformalardan əldə olunan gəlir illik 29% artacaq.

anews.az ICTnews-a istinadən xəbər verir ki, idarə olunan fərdi bulud xidmətlərinin satışından əldə edilən gəlir 24%, korporativ "SaaS" həllər seqmentinin gəliri isə 23% artacaq.

Bulud hesablamalarına artan tələbat sayəsində bulud məlumat mərkəzləri üçün hiper miqyaslı infrastruktur tədarükçülərinin gəliri illik 11% artacaq. Bu halda korporativ məlumat mərkəzləri üçün avadanlıq və proqram təminatının satış həcmi azalmağa (ildə 2%) davam edəcək ki, bu da lokal sistemlərdəki yüklənmələrin ictimai bulud platformalarına keçirilməsi tendensiyasının inkişafını göstərir.

Bulud xidmətləri üzrə bütün əsas kateqoriyalarda intensiv artım qeydə alınacaq. Verilənlər bazası və əşyalar internetinə hədəflənmiş "IaaS” və "PaaS” xidmətlər arasında ən yüksək dinamika gözlənilir.

Analitiklər Asiya-Sakit okean regionunu ən sürətlə inkişaf edən bulud bazarı adlandırırlar. Növbəti yerləri artım tempinə görə EMEA (Avropa, Yaxın Şərq, Afrika) və Şimali Amerika tutur.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol