• $
  • €
  • ₽
  • ₺
  • £

30 avqust 2017-ci il PASHA Bank Georgia CEO Lunch Tbilisi-nin sponsoru olub

30 avqust 2017-ci il PASHA Bank Georgia CEO Lunch Tbilisi-nin sponsoru olub
30.08.2017 12:07
Sentyabrın 29-da təşkil olunacaq CEO Lunch Tbilisi Pasha Bank Georgia-nın sponsor dəstəyilə keçiriləcək.

"PASHA Bank Georgia bu il tərəfimizdən keçiriləcək CEO Lunch Tbilisi-nin sponsoru olmaqla yanaşı, Caspian Energy Georgia-nin fəaliyyətinin yenilənməsini dəstəkləyib və növbəti dəfə CEİBC ilə hazırkı əməkdaşlığın əhəmiyyətini vurğulayıb", - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib. O qeyd edib ki, sentyabrın 29-da keçiriləcək CEO Lunch Tbilisi-də Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun iştirakı planlaşdırılır. PASHA Bank Georgia-nın direktorlar şurasının sədri və baş icraçı direktoru Şahin Məmmədov tədbirin Gürcüstan ərazisində CEO Lunch və biznes-forum formatında təşkilinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu, xarici sahibkarlarla işgüzar əlaqələrin, iqtisadi əməkdaşlığın genişlənməsinə kömək edəcək. "Biz Caspian European Club-un fəaliyyətini və Klubun keçirdiyi tədbirləri yüksək qiymətləndiririk. Əminik ki, Caspian Energy Georgia Azərbaycan və Gürcüstanın biznes dairələrini yeni səviyyəyə çıxara biləcək, - deyə Şahin Məmmədov çıxışına yekun vurub.

"CEO Lunch Baku-nun uğurlu təşkili, həmçinin Gürcüstan ərazisindəki partnyorlarımızın və biznesmenlərin çoxsaylı müraciəti CEO Lunch Tbilisi tədbirinin keçirilməsinə təkan verdi", - deyə Telman Əliyev əlavə edib. İlk CEO Lunch Tbilisi 2017-ci il sentyabrın 29-da təşkil olunacaq və hər ayın sonuncu cümə günü keçiriləcək. Növbəti CEO Lunch Tbilisi oktyabrın 27-də və noyabrın 24-də baş tutacaq. 

Aparıcı "networking" alətlərindən olan CEO Lunch şirkət rəhbərlərinin və dövlət qurumlarının nümayəndələrinin qeyri-rəsmi şəraitdə ünsiyyəti üçün imkanların yaradılması və yeni əlaqələrin qurulması məqsədilə keçirilir. İştirak üçün qeydiyyat: //www.caspianenergy.org/index.php/ceo-lunch PASHA Bank Azərbaycan, Gürcüstan və Türkiyədə fəaliyyət göstərən regional maliyyə institutudur. PASHA Bank iri və orta sahibkarlıq üçün bütün əsas korporativ və investisiya bankinq xidmətləri göstərir. Müştərilərə böyük diqqət göstərən PASHA Bank Georgia korporativ bank xidməti üzrə ixtisaslaşıb. PASHA Bank həm müstəqil, həm də iri bank sindikatları çərçivəsində hər bir müştərinin tələblərini və imkanlarını nəzərə alaraq, sürətli xidmət, rəqabətli faizli yatırımlar və fərdi bank xidmətləri göstərir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol