• $
  • €
  • ₽
  • ₺
  • £

Nuşirəvan Məhərrəmli: Seriallarımız kriminal sahəni təbliğ edir

Nuşirəvan Məhərrəmli: Seriallarımız kriminal sahəni təbliğ edir
05.09.2017 11:00
"Azərbaycanda çəkilən milli teleserialların keyfiyyəti hələ ki istənilən səviyyədə deyil”.

anews.az xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, xarici ölkələrdə seriallar bir növ maarifləndirici xarakter daşıyır: "Mən bir neçə dəfə demişəm, xarici seriallarda avtomobilə minəndə ilk növbədə təhlükəsizlik kəmərini bağlayırlar, siqaret çəkmirlər, sükan arxasında açıq şəkildə telefonla danışmırlar. Ancaq bizim seriallarda sanki bunun əksini edirlər, yəni təhlükəsizlik kəmərini bağlamaqdan söhbət getmir, qırmızı işıqda keçirlər və yaxud da sükan arxasında telefonla danışırlar. Bunlar olmamalıdır. Seriallar gündəlik həyat tərzini maarifçilik baxımından təbliğ etməlidirlər, xüsusən də lazımlı, yaxşı vərdişləri təbliğ etməlidirlər. Amma təəssüf ki, bizim seriallarda əks tərəfə meyil edirlər. Sanki daha çox kriminal sahələri təbliğ edirlər”.

MTRŞ-nın bu sahəyə müdaxilə etmək səlahiyyətinin olub-olmaması məsələsinə toxunan N.Məhərrəmli bildirib ki, qurum senzuranın tərəfdarı deyil: "Yaradıcılıq işlərinə də biz qarışa bilmirik. Lakin bu, o demək deyil ki, bizim səlahiyyətimiz yoxdur. "Televiziya və Radio Yayımı haqqında” qanun var. Bu qanunun maddələri pozulanda, təbii ki, biz işə qarışacağıq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol