• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-dən növbəti uğur

Azercell-dən növbəti uğur
07.09.2017 15:30
Azercell Telekom MMC növbəti dəfə keyfiyyətin idarəolunması standartı üzrə İSO 10002:2014 sertifikatını alıb. Bu sertifikat keyfiyyətli idarəetmə sisteminin Azercell-in öz fəaliyyətində tətbiqi, abunəçilərlə aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisidir. Keyfiyyət auditi "Büro Veritas Azeri” MMC tərəfindən aparılıb. Bu beynəlxalq standart bütün növ kommersiya və ya qeyri-kommersiya fəaliyyətləri, o cümlədən elektron kommersiya fəaliyyətləri üçün şikayətlərin effektiv və səmərəli şəkildə idarə olunmasının planlaşdırılması və həyata keçirilməsi üzrə göstərişləri müəyyən edir.

Azercell Telekom MMC-nin məhz müştərilərlə iş sahəsində fəaliyyətinin qiymətləndirilməsi təsadüfi deyil. Azercell müştəri şikayətlərini bir təkmilləşdirmə fürsəti olaraq görür, şikayətlərin idarəedilməsi zamanı məxfilik, düzgünlük, tərəfsizlik, onların mümkün qədər tez həll edilməsi prinsiplərinə üstünlük verir. Həmçinin, şikayətləri səmərəli həll etmək ilə yanaşı müştəri məmnuniyyətinin artırılmasını hədəfləyir.

ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib. Qeyd edək ki, Azercell Telekom ilk dəfə 2011-ci ilin martında sertifikatlaşdırma auditindən uğurla keçərək ISO 10002 Standartına uyğunluq sertifikatını qazanıb.

Məlumat üçün bildirək ki, Azercell Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, "online" şəkildə xidmət göstərən Azercell sosial şəbəkələrdə də bu xidmətin keyfiyyətini yüksəldir.Müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə, Azercell müxtəlif mükafatlara layiq görülüb. Azercell Azərbaycanda ən böyük müştəri xidmətləri şəbəkəsinə - 58 müştəri xidmətləri mərkəzi və 347 rəsmi satış məntəqəsi ilə ən geniş satış şəbəkəsinə malikdir. Bu məntəqələr yüksək keyfiyyətli servis göstərmək üçün bütün ölkə boyu müştərilərin xidmətindədir.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol