• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”-ın dəstəyi ilə “Brain Ring” intellektual yarışları start götürdü

“Nar”-ın dəstəyi ilə “Brain Ring” intellektual yarışları start götürdü
13.09.2017 10:27
Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən "Nar” intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. Artıq bir neçə ildir ki, "Brain Ring” yarışının sponsorluğunu öz üzərinə götürmüş mobil operator bu il də məşhur bilik yarışlarının baş sponsoru oldu.

Sentyabr ayının 10-da "Brain Ring” intellektual bilik yarışlarının növbəti – doqquzuncu mövsümü start götürdü. "Brain Ring” bilik yarışlarında respublikanın müxtəlif bölgələri və ali məktəblərini təmsil edən komandalar iştirak edirlər. Dekabr ayının sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 21:30-da AzTV vasitəsilə yayımlanır.

Yarışlarda qalib gəlmiş komanda xüsusi dizayn edilmiş "Bilik” kuboku ilə təltif ediləcək. "Bilik” kubokunun qalibi "Brain Ring 2017” Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edəcək.

"Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif səpkili bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir, maariflənməni təşviq edir. Artıq üçüncü "Brain Ring” mövsümüdür ki, televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə "Brain Ring” və "Nar” onlayn müsabiqə keçirirlər. Belə ki, verilişin yayımı zamanı "Nar”-ın "Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. Beləliklə, "Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də "Nar” operatorundan hədiyyələr qazanmaq şansı əldə edirlər.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

"Nar” məhsul, xidmət, tarif və kampaniyaları haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol