• $
  • €
  • ₽
  • ₺
  • £

BU GÜN: Manatla bağlı yeni qərar açıqlanacaq

BU GÜN: Manatla bağlı yeni qərar açıqlanacaq
18.09.2017 10:18
Bu gün Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin növbəti toplantısı keçiriləcək.

İclasda faiz dəhlizinin parametrləri növbəti dəfə müzakirə ediləcək.

Mərkəzi Bankın iclasdan sonra açıqlama yayacağı gözlənilir. Açıqlama 19 Sentyabr 2017-ci il tarixində də mətbuata təqdim edilə bilər.

Mərkəzi Bank tərəfindən izafi pul təklifinin sterilizasiyası məqsədilə depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar aparılır. Sterilizasiya əməliyyatı - artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş bir əməliyyatdır. İqtisadiyyata pul buraxılması iqtisadi artıma səbəb olsa da, bu müəyyən həddi keçdikdən sonra inflyasiya yaranır. 

Məhz inflyasiya yaradan bu kütlənin bazardan təmizləməsinə sterilizasiya prosesi deyilir. Depozit əməliyyatları və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 10%-15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır. 2017-ci ilin 1-ci yarısında depozit əməliyyatları ilə vəsaitlər 10,1%- 14.8%-lə cəlb edilmiş, notlar isə 12.01%-14.99%-lə yerləşdirilmişdir.

Əgər faiz dəhlizinin (aşağı həddi 10%, yuxarı həddi 18%) aşağı həddi aşağı salınarsa, Mərkəzi Bank depozit hərraclarında və notların yerləşdirilməsində banklardan manat kütləsini daha aşağı faizlə yığa bilər. Son hərraclar zamanı tələb təklifi üstələyir. Sadə dildə desək, banklar 10,1% ildə daha çox vəsaiti banklarda yerləşdirməkdə maraqlıdırlar. Mərkəzi Bank isə 100 milyon manatdan çox cəlb etmir. Faizin aşağı düşməsi bankların depozit hərraclarına və notlara marağını azalda bilər. Belə olan halda banklar vəsaitləri yerləşdirmək üçün başqa alətlər axtarmalı olacaqlar. Nəticədə də, dövriyyədən yığılan manat kütləsi azala bilər. Adətən faizlərin aşağı salınması milli valyutanın ucuzlaşmasına səbəb olur.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 1 avqust 2017-ci il tarixində uçot dərəcəsinin 15% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılması barədə qərar qəbul etmişdir.

Mərkəzi Bankının İdarə Heyəti 1 avqust 2017-ci il tarixində uçot dərəcəsinin və faiz dəhlizinin parametrlərini dəyişməməsini aşağı şəkildə izah etmişdi.

"Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq hələ ki, inflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb”.

İNFLYASİYA SABİT QALIB

2017-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır. 

Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdı. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol