Gələn ilin dövlət büdcəsi sosial yönümlü olacaq

Azərbaycanın müdafiə potensialının gücləndirilməsi, dövlət borcuna xidmət və s. məqamlar da nəzərə alınacaq.
"2018-ci ilin dövlət büdcəsində həmişəki kimi sosial sahəyə diqqət yetiriləcək. Həmçinin Azərbaycanın müdafiə potensialının gücləndirilməsi, dövlət borcuna xidmət və s. məqamlar da nəzərə alınacaq".
"Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.
"Büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub. Müzakirələrin nəticəsi olaraq həmin layihə prezindentə təqdim olunmalıdır. Parametrlər daha sonra açıqlanacaq", - deyə o, qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























