• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının 7 rayonunda köhnə binalar sökülür

Bakının 7 rayonunda köhnə binalar sökülür
19.09.2017 15:51
Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarın qəbulundan müəyyən zaman ötür.

Keçən dövr ərzində mütəxəssislər arasında pilot layihə kimi dəyərləndirilən və Bakı şəhərində həyata keçirilən bu böyükmiqyaslı yenidənqurma işləri çərçivəsində hansı addımlar atılıb?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda 3 rayondan başqa, digər rayonlarda obyektlər tikilir: "Qaradağ, Binəqədi, Sabunçu rayonlarından başqa, qalan 9 rayon bizə məlumat göndərir. Yəni ərazilərin baş planları bizimlə razılaşdırılır. Bu rayonlardan məlumatımız olsa da, qeyd edilən digər 3 rayonla bağlı hər hansı informasiyamız yoxdur. Çünki Nazirlər Kabinetinin 86 nömrəli qərarı ilə yalnız 9 rayon bizə həvalə edilib.

Hazırda 9 rayon üzrə 44 obyekt tikilir. Lakin Xəzər, Pirallahı rayonunda hələ ki pilot layihələrə başlanılmayıb. Həmin ərazi uzaq məsafədə yerləşdiyi və orada investor olmadığı üçün tikinti yoxdur. Qalan 7 rayonda isə qeyd edildiyi kimi, işlər davam edir”.

Pilot layihə ölkəmizdə həyata keçirilən sosial xarakterli tədbirlər içərisində özünəməxsus yer tutur. Belə ki, bu layihənin həyata keçirilməsinin əsas məqsədi müvafiq rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ibarətdir.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol