• $
  • €
  • ₽
  • ₺
  • £

Vahid Əhmədov: İnsanlar kreditləri qaytara bilmir

Vahid Əhmədov: İnsanlar kreditləri qaytara bilmir
02.10.2017 17:40
"Milli Məclisin ya komitə, ya da plenar iclasında bank rəhbərləri ilə görüşlər keçirmək lazımdır".

anews.az Report-a istinadən xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vahid Əhmədov deyib. 

"Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılanda ümid edirdik ki, bu qurum müyyən sağlamlaşdırma işləri həyata keçirir. Təəssüf ki, bunun şahidi olmadıq.
 
Problemli kreditlər artıb. Bu, Azərbaycanın maliyyə bazarı üçün ciddi prosesdir. Bank sistemində problemlər iqtisadiyyatın inkişafını əngəlləyir. 

Bank rəhbərləri ilə Milli Məclisdə görüş keçirilməsini təklif edirəm. Müəyyən təkliflərimiz var ki, biz onları bank rəhbərləri ilə müzakirə etməliyik. Bu məsələləri gündəliyə gətirib, müzakirə etməyə ehtiyac var. Faizlər yüksəkdir. İnsanlar kreditləri qaytara bilmir", - deyə o, qeyd edib. 

Millət vəkili Rəqabət Məcəlləsi və təhsil kreditləri ilə bağlı qanun layihələrinin Milli Məclisin payız sessiyasının gündəliyinə salınmasını təklif edib: "Rəqabət Məcəlləsi qəbul edə bilmirik. Bu, kiçik və orta sahibkarlığın inkişafı üçün əhəmyiyyət kəsb edir. Təklif edirəm ki, bu məsələ payız sessiyasının gündəliyinə salınsın və qəbul edilsin. Bundan başqa, təhsil kreditləri ilə bağlı çoxlu müraciətlər var. Ali məktəblərə qəbul olunanlar təhsilini davam etdirə bilmirlər. Bununla bağlı qanun layihəsi vermişik. Təəssüf ki, layihə gündəliyə salınmır. Bu məsələnin gündəliyə salnmasını təklif edirəm".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol