• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” operatoru “TaxFree” mobil tətbiqini təqdim etdi

“Nar” operatoru “TaxFree” mobil tətbiqini təqdim etdi
17.10.2017 11:21
"TaxFree4U” əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması onlayn xidmətinin bazası əsasında "Nar” operatoru ƏDV-nin qaytarılması prosesini sadələşdirəcək "Nar TaxFree” mobil tətbiqini təqdim etdi. Bu yenilik sayəsində "Nar” istifadəçiləri ölkə xaricində alış-verişə sərf etdikləri məbləğin 19%-dək olan hissəsini geri ala bilirlər. "Nar TaxFree” xidməti Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və Böyük Britaniya kimi Avropa ölkələrində xərclənmiş məbləğin ƏDV hissəsinin geri qaytarılmasını təmin edir. Eyni zamanda, "TaxFree” anketinə gömrük zabitinin müvafiq möhürünü vurdurmaq və alınmış mallarla istənilən Avropa İttifaqı ölkəsini tərk etmək mümkündür.

"Nar TaxFree” tətbiqi sayəsində "Nar” abunəçiləri səyahətdə olarkən vaxtlarına qənaət edə bilirlər. Artıq bəyannamə doldurmaq və bir neçə yerdə növbəyə durmağa ehtiyac yoxdur. Üstəlik, xidmət qısa zaman ərzində mümkün olan ən yüksəkfaizli ƏDV qaytarılması praktikasını təmin edir. "Nar TaxFree” tətbiqinin ən böyük üstünlüyü isə sadəcə tərəfdaş mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət obyektlərində edilən alış-verişə görə ödənmiş məbləğin əlavə dəyər vergisi hissəsinin geri qaytarılmasını təmin etməsidir.

Tətbiqdən yararlanmaq üçün "6592” qısa nömrəsinə SMS göndərərək yükləmə keçidini əldə etmək kifayətdir.

Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil tətbiqdən Avropa İttifaqı ölkələri vətəndaşı olmayan bütün "Nar” istifadəçiləri istifadə edə bilərlər. "Nar TaxFree” tətbiqi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol