• $
  • €
  • ₽
  • ₺
  • £

"Şıxlar Broyler” hərraca çıxarılır

"Şıxlar Broyler” hərraca çıxarılır
30.10.2017 19:44
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) noyabrın 28-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirəcək.

Anews.az komitəyə istinadən xəbər verir ki, hərraca 64 kiçik dövlət müəssisəsi və obyekti, 63 istifadəsiz qeyri-yaşayış sahəsi, 23 səhmdar cəmiyyəti və 8 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 158 dövlət əmlakı çıxarılıb.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr - "Yevlax Kəndkimya Təchizat”, "Ağcabədi Aqrotexservis”, "Neftçala Ət”, "Port İliç Xidmət", "Şıxlar Broyler”, "Mingəçevir Qum Çınqıl" və digərləri var. Onların nizamnamə kapitalı 25 676 - 738 888 manat arasında dəyişir.

İlkin start qiyməti ən çox olan əmlak "Yevlax Kəndkimya Təchizat” ASC-dir. Onun səhmlərinin 30%-nə 111 min manat qiymət qoyulub. "Şıxlar Broyler” ASC-nin isə səhmlərinin 30%-i 41 min manata təklif olunur.

Hərracda sahibini tapacaq kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Gəncə, Göygöl, İmişli, Cəlilabad, Lerik, Oğuz, Qax və digər bölgələrdə yerləşir. Onların ümumi faydalı sahəsi 21 - 3000 kv.m arasında dəyişir.

Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Gəncə, Şəmkir, İmişli, Tovuz, Xaçmaz, Şamaxı və digər bölgələrdə yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında "Çinar" soyuducular zavodunun Şəmkir filialı, Qovlar tikiş fabrikinin Goranboy sahəsi, Qoxmuq istirahət zonası kimi iri dövlət əmlakları var.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Gəncə şəhərində yerləşən Beton və məhlul istehsal edən sahəni nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 385 kv.m-ə yaxındır.

Bundan başqa Sumqayıt şəhərində yerləşən "Laçın” restoranı da xidmət sahəsində investorlar üçün gəlirli obyektdir. Adı çəkilən əmlakın digər üstünlüyü torpaq sahəsi ilə birgə özəlləşdirilməsidir.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 56-sı paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.
Hərracda özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. Prosesdə "Nissan Maxima”, "Mitsubishi Pajero”, "KİA RİO” kimi avtomobillər sahibini axtarır. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 900 - 10 min manat arasında dəyişir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol