Bakı-Sumqayıt şosesində tıxac aradan qaldırılacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı-Sumqayıt şosesində tıxac probleminin həll olunması istiqamətində bir neçə qurumla, o cümlədən "Azərbaycan Dəmir Yolları” QSC və "Bakı Metropoliteni” QSC ilə sıx əməkdaşlıq edir.
"APA-Economics” xəbər verir ki, bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, əsas məqsəd sərnişin axınını ictimai nəqliyyata yönəltməkdir.
"Tam təsdiq olunmasa da, gələcək planlarımızdan biri Bakı və Sumqayıt arasında metrobus xəttinin açılışıdır. Bildiyimiz kimi, metrobus xətti elə bir xətdir ki, bura başqa nəqliyyat vasitəsi daxil ola bilmir”, - deyə baş direktor vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























