• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il BTC ilə 22,6 mln. ton Azərbaycan nefti nəql olunub

Bu il BTC ilə 22,6 mln. ton Azərbaycan nefti nəql olunub
13.11.2017 11:30
Türkmənistan neftinin nəqli 2,1 dəfə artıb.

Bu ilin yanvar-oktyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ilə 22 595 463 ton Azərbaycan nefti nəql olunub.

"Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 2 268 672 tonu oktyabr ayında ötürülüb.

Bu ilin yanvar-oktyabr ayları ərzində BTC ilə ötürülən Azərbaycan neftinin həcmi ötən ilin müvafiq dövründən 7,4% az olub.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il, iyun) 2017-ci il noyabr ayının 1-dək BTC-yə 344 133 525 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin oktyabr ayında BTC kəməri ilə 545 988 ton Türkmənistan nefti nəql olunub. Bu isə ötən ilin analoji ayından 2,1 dəfə çoxdur.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "AÇG” nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

"BTC Co."nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol