• $
  • €
  • ₽
  • ₺
  • £

9 ayda AÇG-dən bu qədər neft hasil edilib

9 ayda AÇG-dən bu qədər neft hasil edilib
20.11.2017 18:22
Bu ilin yanvar-sentyabr ayları ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilatın həcmi gündə orta hesabla 585 min barel və ya ümumilikdə təqribən 160 mln. barel, yəni 22 mln. ton təşkil edib. Bu isə ötən ilin müvafiq dövründən 8,3% azdır.
 
Anews.az Report-a istinadən xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru "BP-Azerbaijan” şirkətinin yaydığı məlumatda qeyd olunub.

Hesabat dövründə gündə orta hesabla "Çıraq” platformasından 52 min barel, "Mərkəzi Azəri” platformasından 133 min barel, "Qərbi Azəri” platformasından 120 min barel, "Şərqi Azəri” platformasından 80 min barel, "Dərinsulu Günəşli” platformasından 119 min barel və "Qərbi Çıraq” platformasından 81 min barel neft hasil edilib.

"III rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 114 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda olub”, - deyə məlumatda qeyd edilib.

İlk üç rüb ərzində AÇG-də 15 neft hasilat quyusu, 4 suvurma quyusu qazılıb. Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

Bu il sentyabrın 14-də "Azəri”, "Çıraq” yataqları və "Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol