• $
  • €
  • ₽
  • ₺
  • £

Barama Lissabon veb-sammitində

Barama Lissabon veb-sammitində
20.11.2017 14:38
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və ölkəmizin ən uğurlu startapı "Technote” PAŞA Bankın dəstəyilə Azərbaycanı daha bir beynəlxalq konfransda təmsil etdi. Ölkəmizdən yeganə nümayəndə olaraq Portuqaliyanın Lissabon şəhərində keçirilən veb-sammitə qatılan təmsilçilərimiz bu sammit boyu müxtəlif tədbirlərdə yaxından iştirak edib, təcrübə mübadiləsi aparıblar.

Məlumat üçün bildirək ki, veb-sammit 2009-cu ildən etibarən hər il keçirilən texnoloji konfransdır. Hər il bu tədbirə nəhəng şirkətlərdən tutmuş İT sahəsində çalışan kiçik şirkətlərin nümayəndələri, o cümlədən şirkət prezidentləri, startapların qurucuları, həmçinin qlobal texnologiya və əlaqəli sahələrdə çalışan müxtəlif insanlar qatılır. Bu il keçirilmiş tədbirdə 160 ölkədən 60,000-dək nümayəndə iştirak etmişdir. Siyasi sferadan ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor, Rəqabət məsələləri üzrə Avropa Birliyinin Səlahiyyətlisi Marqaret Vestaqer və Fransanın keçmiş prezidenti Fransua Holland tədbirdə spiker qismində qatılıb. Bu spikerlərdən əlavə, texnologiya sahəsinin məşhur simaları, o cümlədən İntel, Oracle və Microsoft şirkətinin prezidentləri və digər şirkət rəhbərləri də konfransda iştirak edib.

Qeyd edək ki, Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startap-ları dəstəkləyərək onların müstəqil şirkətlər kimi fəaliyyət göstərməsinə yardım edir. İndiyə qədər Barama mərkəzi ölkəmizdə onlarla layihə və müsabiqənin gerçəkləşməsinə şərait yaradıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol