• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR istiqrazları ilə ilk kredit götürülüb

SOCAR istiqrazları ilə ilk kredit götürülüb
01.12.2017 19:19
Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə REPO əməliyyatı həyata keçirilib.

"SOCAR Capital"dan Trend-ə verilən məlumata görə, SOCAR İstiqrazlarının marketmeykeri «PSG Kapital» şirkətinin məlumatına görə, bu Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə müntəzəm REPO əməliyyatlarına start veriləndən sonra həyata keçirilən ilk REPO əməliyyatıdır.

Bakı Fond Birjasında (BFB) həyata keçirilən REPO əməliyyatı nəticəsində SOCAR İstiqrazının sahibi olan şəxs 1,5 milyon dollar vəsait cəlb edib. Vəsait 7 gün müddətinə, illik 3,5% dərəcəsi ilə cəlb edilib.

Xatırladaq ki, SOCAR İstiqrazları ilə müntəzəm REPO əməliyyatlarına noyabrın əvvəlindən start verilib. SOCAR İstiqrazlarının sahibləri olan fiziki və hüquqi şəxslər REPO əməliyyatlarından istifadə edərək qısa müddətli kreditlər əldə edə bilərlər.

Bir qayda olaraq REPO əməliyyatı bir neçə gün davam edir. SOCAR İstiqrazları ilə REPO əməliyyatları ilkin olaraq 3 və 7 günlük nəzərdə tutulub. Yəni istiqraz sahibləri REPO əməliyyatlarından istifadə etməklə 3 və 7 günlük müddətlərdə illik 3,5-3,75%-lə qısa müddətli kreditlər ala (vəsaitlər cəlb edə) biləcəklər.

İlkin olaraq gündəlik 2 milyon dollarlıq REPO «pəncərəsi» açılıb. Bu vəsaitin 1 milyon dolları 3 günlük, 1 milyon dolar isə 7 günlük əməliyyatlar üçün nəzərdə tutulub.

Amma müştərilərin ehtiyaclarından asılı olaraq həm REPO üçün vəsaitlərin həcmi, həm də REPO əməliyyatının müddəti dəyişə və üç ayadək uzadıla bilər.

REPO əməliyyatlarında istənilən SOCAR İstiqrazı sahibi iştirak edə bilər. Onlar malik olduqları istiqrazları girov qoymaqla həmin istiqrazların dəyərinin 95%-i həcmində kredit götürə bilərlər. Bu əməliyyatlar xüsusilə ani likvidliyə ehtiyac yaranan hüquqi şəxslər, bank və sığorta şirkətləri üçün faydalı olacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol