• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərenerji”də xüsusi növbətçilik rejiminə keçilib

“Azərenerji”də xüsusi növbətçilik rejiminə keçilib
29.12.2017 23:13
"Azərenerji” ASC-də xüsusi növbətçilik rejiminə keçilib və hazırlıq yüksək dərəcədə gücləndirilibdir”.

Bunu AzVision.az-a "Azərenerji”nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Y.Babanlı bildirib ki, elektrik enerjisi sisteminin müxtəlif vəziyyətlərə hazırlıq səviyyəsi yüksəlib: "Son illər Azərbaycan elektrik enerji sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi nəticəsində bu sahənin dayanıqlığı daha da möhkəmlənib və müxtəlif vəziyyətlərə hazırlıq səviyyəsi yüksəlib. Bu nöqteyi-nəzərdən, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində "Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumların fəaliyyətində hər hansı problemin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib”.

"Azərenerji” rəsmisi qeyd edib ki, məqsədyönlü tədbirlər nəticəsində enerjisistemin dayanıqlığı yoxlanılıb və xidmət keyfiyyəti bir daha nəzərdən keçirilib:

"Bütün bunlar, ilin sonunda, qış fəslində və belə xüsusi günlərdə "Azərenerji” ASC-nin elektrik enerjisinin fasiləsiz və təhlükəsiz təmin olunması funksiyasının öhdəsindən gəlməsinə şübhə doğurmur. Eyni zamanda bildirək ki, hazırda enerjisistem dispetçer qrafikinə uyğun işləyir. Dəyişən mövsüm, hava şəraiti, küləyin sürətinin artması nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Belə vaxtlarda, qeyri iş günlərində istehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, "Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumlarında hər hansı ciddi səbəb olmadan problemin yaranması gözlənilmir. Bütün bunlara baxmayaraq, xüsusi növbətçilik rejiminə keçilib və hazırlıq yüksək dərəcədə gücləndirilib”.

Y.Babanlı əlavə edib ki, istehlakçıların bu günlərdə elektrik enerjisi ilə təmin edilməsində heç bir fasilə gözlənilmir. Bu istiqamətdə, görülən işlər və qabaqlayıcı tədbirlər bunu deməyə əsas verir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol