• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell şirkəti “AppLab” proqramı üçün layihələrin seçiminə başlayıb

Bakcell şirkəti “AppLab” proqramı üçün layihələrin seçiminə başlayıb
22.01.2018 11:58
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti "Applab” proqramında iştirak etmək üçün müraciətlərin qeydiyyatını başa çatdırıb.

2017-ci ilin 15 dekabr tarixindən 15 yanvar 2018-ci il tarixinə qədər davam etmiş növbəti qeydiyyat mərhələsində "müxtəlif İT” və "mobil əlavələr” kateqoriyalarına aid 32 layihə proqramda iştirak üçün müraciət edib. İlkin seçim mərhələsindən keçən konsepsiyaların müəllifləri Bakcell şirkətinin rəhbərliyi, potensial investorlar, "AppLab” proqramının məzunları və İT sahəsi üzrə ekspertlərdən ibarət "AppLab” Komissiyasının qarşısında öz ideyalarını təqdim etmək üçün dəvət olunacaqlar. Həmin komitənin qərarına əsasən, ən uğurlu layihələrin müəllifləri "AppLab” İnkubasiya Mərkəzinin geniş imkanlarından istifadə etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, 2018-ci ilin fevral ayından başlayaraq seçilmiş komandalar "AppLab” İnkubasiya Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlana biləcəklər. "Bakcell”in və "AppLab” proqramının digər partnyorlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc developerləri öz ideyalarını yerli və beynəlxalq bazarlarında rəqabət apara biləcək yeni məhsul və ya xidmətlərinə çevirmək üçün tələb olunan araşdırma və məsləhətlərlə təmin edəcəkdir.

"AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün "Bakcell”dən dəstək alırlar. Şirkət isə öz növbəsində daha çox maraqlı startapların, proqram tərtibatçılarının və qrupların üzə çıxarılmasına, onların istedadlarını nümayiş etdirməsinə, ideyalarını reallaşdırmasına və bunun üçün maliyyə və investisiya mənbələri tapmalarına kömək etməyə çalışır. "AppLab” mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

Bakcell şirkətinin fəaliyyətinin əsas məqsədlərindən biri də yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək etmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməkdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol