• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti 2017-ci ilin hesabatını açıqladı

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti 2017-ci ilin hesabatını açıqladı
24.01.2018 12:10
2017-ci ildə 467-i uşaq psixoloji, 1958-i təhsil, 530-u sosial, 283-ü hüquqi, 18-i isə səhiyyə ilə bağlı problem və zorakılıqla üzləşib.
 
Bu rəqəmlər Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin 2017-ci il üzrə hazıladığı hesabatda əksini tapıb. Təşkilatın təqdim etdiyi hesabata görə, 2017-ci ildə Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə ümumillikdə 3424 müraciət daxil olub. Bu müraciətlərdən 1824-ü şəhərdaxili, 2204-ü mobil telefon, 15- isə mobil sms-lə qeydə alınıb. Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə qeyd olunan müddət ərzində daxil olan zənglərin əhatə dairəsi təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Azərbaycanın digər bölgələrindən, eyni zamanda Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Dağıstan, Cənubi Koreya, Avstriya, Şimali Kipr və Qazaxıstandan da müraciətlər daxil olub. Zənglər üzrə aparılan təhlillərdən çıxan nəticələrə əsasən uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır. Eyni zamanda müraciət edənlər arasında şəxsiyyətlərarası konfliktlərdən əziyyət çəkənlər də çoxluq təşkil edir. Məlumat üçün bildirək ki, Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirilməsidir. Azərbaycan Uşaq Qaynar Xətti 2010-cu ildən Beynəlxalq Uşaq Qaynar Xətləri qlobal şəbəkəsinin tamhüquqlu üzvüdür. Bu şəbəkəyə 143 ölkədən 178 uşaq qaynar xətt xidməti daxildir. Beynəlxalq "Uşaq Qaynar Xətləri” təşkilatının hesabatına əsasən, qaynar xətlərə edilən zənglərin sayı hər il orta hesabla 5% artır. Fəaliyyət göstərdiyi bu illər ərzində Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə cəmi 32 708 müraciət daxil olub. Azərbaycan Uşaq Qaynar Xətt xidməti fəaliyyətini 24 saat fəaliyyət göstərən iki mobil nömrə, üç şəhərdaxili telefon xətti, bir toll-free nömrə və ektron poçt vasitəsilə həyata keçirir. Bundan əlavə Xidmətin Android və İOS telefonları üçün mobil əlavəsi də yaradılıb.
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol