• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell-dən korporativ müştərilər üçün misilsiz smartfon kampaniyası!

Bakcell-dən korporativ müştərilər üçün misilsiz smartfon kampaniyası!
26.01.2018 15:12
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti korporativ abunəçilər üçün xüsusi smartfon kampaniyası elan edir.

Yeni korporativ müştəriləri "Bakcell biznes” ailəsində səmimiyyətlə qarşılamaq və mövcud korporativ müştəriləri əlavə imtiyazlarla təmin etmək məqsədilə Bakcell onlara ən son model smartfonları hissə-hissə ödənişlə əldə etmək fürsəti verir. Belə ki, korporativ müştərilər ayda cəmi 79 manatdan başlayan (smartfonun modelindən asılı olaraq) qiymətlərlə "Bakcell”dən ən son model "Apple” (iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus və iPhone X) və "Samsung” (Galaxy S8, Galaxy S8 Plus və Galaxy Note 8) smartfonlarına sahib ola bilərlər. Smartfonların dəyərini müştərinin seçimindən asılı olaraq 12, 18 və 24 ay ərzində ödəmək mümkündür. Bunun üçün heç bir ilkin ödəniş tələb olunmur və aylıq ödənişin məbləği cihazin modeli və hissə-hissə ödənişin müddətindən asılıdır. Üstəlik, ən son model cihazları əldə etmiş korporativ abunəçilərə "Bakcell”dən şəbəkədaxili zənglər üçün 3000 dəqiqə, şəbəkəxarici zənglər üçün 1000 dəqiqə, 5 Gb İnternet və hətta beynəlxalq zənglər üçün 10 dəqiqədən ibarət xüsusi aylıq paket təqdim olunur. Bundan əlavə, bu misilsiz fürsətdən yararlanan abunəçilər "WhatsApp” əlavəsindən PULSUZ istifadə edəcəklər.

20 ildən çoxdur ki Azərbaycanda fəaliyyət göstərən Bakcell şirkəti hazırda müxtəlif sahələri təmsil edən 1800-dən artıq korporativ müştəriyə xidmət edir. "Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara istənilən növ mobil telekommunikasiya xidməti göstərməyə hazırdır. Bakcell özünün korporativ abunəçilərinə daha təhlükəsiz və etibarlı rabitə təqdim etməklə, daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərir.

Qeyd edək ki, bu kampaniya xüsusi olaraq "Bakcell”in yeni və mövcud korporativ "Biznes” abunəçiləri üçün yaradılıb. "Bakcell biznes” abunəçiləri müvafiq nümayəndələrlə (kuratorlarla) əlaqə saxlayıb bu kampaniyadan yararlana bilərlər. Kampaniyaya və Bakcell ailəsinə qoşulmaq istəyən şirkət və qurumlar isə (012) 498 89 89 nömrəsinə zəng etməklə və ya [email protected] elektron ünvanına məktub göndərməklə "Bakcell biznes” ailəsinə qoşulmaq, misilsiz biznes tarif paketləri, təkliflər və kampaniyalardan yararlanmaq imkanları barədə ətraflı məlumat ala bilərlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol