• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL daha 20 “Boeing” almaq istəyir

AZAL daha 20 “Boeing” almaq istəyir
07.02.2018 13:34
Görüşdə tərəflər əsası 2001-ci ildə "Cargolux” aviaşirkətinin  Heydər Əliyev Beynəlxalq Aeroportuna və əks istiqamətə müntəzəm reyslər yerinə yetirməsi ilə qoyulan yük aviadaşımaları sahəsindəki 17 illik səmərəli əməkdaşlıqdan razılığını bildirib.

Aviaşirkətlər arasında əməkdaşlıq 2010-cu ildən 2014-cü ilə kimi "Cargolux” şirkətinin Azərbaycanın "Silk Way Airlines” aviaşirkətinə 3 ədəd  "Boeing 747-400F” təyyarəsinin tədarük edilməsini nəzərdə tutan müqavilənin imzalanmasından sonra daha da möhkəmlənmişdir. Hazırda hər iki aviaşirkət arasında əməkdaşlıq həmçinin "Boeing 747” təyyarələrinə texniki xidmət, bu təyyarənin simulyatorunda heyət hazırlığı və s. nəzərdə tutur. 

Cahangir Əsgərovun sözlərinə görə, hazırda Azərbaycan mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıtmışdır. Yükdaşımaları bazarında özünü çox yaxşı tanıdan yeni geniş füzelyajlı uzaq magistrallı "Boeing 747-8F” təyyarələrinin istifadəsi bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

Eyni zamanda Cahangir Əsgərov "Boeing” şirkətinin "Boeing 747-8F” təyyarələrinin istehsalı proqramının bağlanması barədə potensial qərarından təəssüfləndiyini bildirmişdir. Belə ki, Azərbaycanın mülki aviasiya üçün yaxın 10 il ərzində 20 ədəd "Boeing 747-8F” təyyarəsinin alınmasına ehtiyac olacaq və bununla da əlaqədar olaraq Cahangir Əsgərov bu tipli hava gəmisinin istehsalının davam etdirilməsi üçün Boeing Korporasiyasına müraciət etməyi təklif edib.

Öz növbəsində Riçard Forson Heydər Əliyev Beynəlxalq Aeroportunda göstərilən xidmətlərin yüksək keyfiyyətindən məmnunluğunu bildirmişdir. O, həmçinin "Boeing 747-8F” təyyarələrinin beynəlxalq aviadaşımalar bazarında özünü çox yaxşı tanıtması ilə razı olduğunu və bu təyyarələrə tələbin hələ də qaldığını qeyd edib.

AZAL QSC-nin Prezidenti cənab Forsona bildirmişdir ki, onun dəvəti ilə yaxın həftələrdə "Boeing Commercial Airplanes”in Prezidenti və Baş İcraçı Direktoru Kevin Makalister Bakıya işgüzar səfərə gələcək.  Cahangir Əsgərov Riçard Forsona görüşə qoşulmağı və geniş füzelyajlı yük laynerinin gələcəyini müzakirə etməyi təklif edib.

Qeyd edək ki, "Silk Way Airlines” Avropa, Asiya, Yaxın Şərq və Şimali Amerikada 20-dən çox istiqamətə müntəzəm reyslər yerinə yetirir . Aviaşirkətin donanması müasir və iritutumlu  "Boeing 747-8F” və "Boeing 747-400F” yük təyyarələrindən ibarətdir.

Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilmişdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol