• $
  • €
  • ₽
  • ₺
  • £

"Bayılda təhlükəli zonada 106 ev yerləşir"

"Bayılda təhlükəli zonada 106 ev yerləşir"
19.02.2018 16:44
"Bayıl dərəsinin sağ yamacı konturlaşdırılıb. Sürüşməyə meylli ərazinin konturları daxilində, sürüşməyə meylli kütlənin üzərində 106 fərdi yaşayış evi var”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. 

Bayıl yamacında sürüşmə ərazisinin 6,9 hektar ərazini əhatə etdiyini xatırladan ekspedisiya rəisi bildirib ki, sürüşməyə meylli ərazinin dil hissəsində olan 106 fərdi yaşayış evinin hamısına bu gün üçün təhlükə var.

Onun sözlərinə görə, Bayıl yamacındakı sürüşmə sahəsində 5 – 6 gün öncə müşahidə olunan vəziyyət hökm sürməkdədir: "Kütlənin üzərində araşdırma aparmaq, çatların eni və uzunluğunu ölçmək bu gün üçün mümkünsüzdür. Yağış yağıb, təbii olaraq ərazidəki kütlə ağırlaşıb. Sürüşmə sahəsində stabilləşmədən söhbət gedə bilməz. Proses davam edir”.

Ə. Qaralov qeyd edib ki, ərazidə böyük miqyasda, dəqiq geoloji işlər aparmağa ehtiyac var: "Yəni, bütün layları təşkil edən süxurların vəziyyətini öyrənmək, hansı ev nəyin üzərində tikilib, bütün bunları hər tərəfli tədqiq etmək lazımdır. Hətta hər bir evin yerləşdiyi ərazi haqda müəyyən məlumatlar da vermək mümkündür”.

Qeyd edək ki, Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb. Həmin sərəncama əsasən, Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbail rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb. Həmin ərazidə tam dağılmış 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqəladə Hallar Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinə tapşırılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol