• $
  • €
  • ₽
  • ₺
  • £

Banklar üçün kritik mərhələ

Banklar üçün kritik mərhələ
06.03.2018 10:27
Azərbaycan banklarının gəlirləri kəskin azalıb. Bu isə kredit portfelindəki azalma ilə bağlıdır.  
 
Anews.az FED.az-a istinadən xəbər verir ki, müştərilərə verilən kreditlər azalaraq  11 milyard 242,2 milyon manata düşüb. Bu isə bankların kredit faizlərindən əldə etdikləri gəlirlərin kəskin azalması deməkdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala əsasən, kredit portfeli yanvar ayında  1 faiz azalaraq, 11 milyard 337.6 milyon manatdan 11 milyard 242,2 milyon manata düşüb. Yəni bankların kredit portfeli bir ayda 95,4 milyon manat azalıb.

2017-ci ilin yanvar ayının sonu ilə müqayisədə isə bu azalma daha çoxdur. Belə ki, 2017-ci ilin eyni dövründə bankların müştərilərə verdiyi kreditlər 16 milyard 206.6 milyon manat olmuşdu, başqa sözlə, 1 il ərzində kreditin həcmində 5 milyard manat azalma var.

Bankların kredit aktivliyinin azalması və izafi likvidlik bankların icmal hesabatında yeni mənzərəni ortaya qoyub. Belə ki, bankların pulu kreditlər yolu ilə iqtisadiyyata yönəltmək imkanları aşağı olduğundan, onlar hazır maliyyə alətlərinə yatırım edirlər. Təkcə bir ayda bank sektorunun qiymətli kağızlara qoyduğu investisiyanın məbləği 2 milyard 487 milyon manat olub. 31 dekabr 2017-ci il tarixinə isə bu göstərici cəmi 355 milyon manat təşkil edirdi.

Bankların Mərkəzi Bankın notlarına,  dövlət istiqrazlarına tələblərinin həddən artıq artması da bu artımı gözlənilən edirdi. Lakin müqayisə göstərir ki, hazırda rəqəmlər arasında 7 dəfəlik bir artım var və bu, kreditləşməyə açılmanın zərurətini əks etdirir.

İqtisadçı ekspert Rəşad Həsənov isə musavat.com-a açıqlamasında deyib ki, Azərbaycanda bank sektoru son iki ildə tənəzzül dövrünü yaşayır: "Bu fonda gəlirlərin azalması proqnozlaşdırılan idi. Azərbaycanda banklar daha çox kreditlərdən gəlir əldə edirdilər. 2004-2014-cü illər üzrə bankların gəlirlərinin strukturunu tədqiq edən zaman aydın olur ki,  onların əldə etdiyi gəlirlərin hər 100 manatından 75 manatı məhz  kreditləşmədən, yəni kredit faizlərindən əldə olunan gəlirlərdir”. 

Ekspertlər bildirir ki, bankların vəziyyətini çətinləşdirən amillərdən biri də dollarla olan kreditlərdir. Dövlətin bu məsələyə müdaxiləsi və yaranmış borclarda güzəştlərin edilməsi məqsədəuyğun sayılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol