• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

“Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi
23.04.2018 13:50
23 aprel 2018-ci il tarixdə, Ümumdünya kitab günü ilə əlaqədar olaraq, "Nar" Bakıda yerləşən internat məktəblərindən birinə 100-dək kitab hədiyyə etdi. Aksiyanın keçirilməsində məqsəd uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarət idi.

Azərbaycan Respublikası Təhsil nazirliyi ilə birgə həyata keçirilən aksiya çərçivəsində təqdim edilən kitablar əsasən məktəbəqədər yaş qrupunu və ibtidai sinifləri əhatə edir. Bura nağıllar, məktəbə hazırlıq üçün əlifba, uşaq ensiklopediyası, uşaq ədəbiyyatı, lügətlər və bu qəbildən olan digər kitablar daxildir. Əlavə olaraq, qələm, dəftər, rəngli karandaşlar, rəsm dəftərləri və digər dəftərxana ləvazimatları da uşaqlara təqdim edildi.

"Nar” özünün çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində mütəmadi olaraq müxtəlif tədbir və aksiyalar həyata keçirir. Elm, təhsil və maariflənmənin inkişafına dəstək "Nar” KSM strategiyasının əsas istiqamətlərindəndir. Uzun illərdir ki, bu çərçivədə mobil operator maariflənmənin təşviqi məqsədilə genişmiqyaslı aksiyalar təşkil edir, müxtəlif bilik müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edir. Gənc nəslin motivasiyası, təhsil və maariflənməyə olan marağın artırılması bu mənada xüsusi önəm kəsb edir.

"Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol