• $
  • €
  • ₽
  • ₺
  • £

Kreml BP rəhbərini zəhərləməyə çalışıb – Şok iddia

Kreml BP rəhbərini zəhərləməyə çalışıb – Şok iddia
30.04.2018 14:29
BP rəhbəri Robert Dadli 2008-ci ilə Moskvanı zəhərləndiyinə görə tərk edib.

Axar.az xəbər verir ki, bunu "Deyli Teleqraf” qəzetinə açıqlamasında TNK-BP şirkətinin keçmiş əməkdaşı İlya Zaslavski deyib. Onun sözlərinə görə, həmin dövrdə aparılan analizlər Dadlinin orqanizmində zəif təsir göstərən zəhərin olduğunu ortaya çıxarıb:

"Rusiya hökuməti hər şeyi edirdi ki, Dadli rəhbər vəzifəsini tərk etsin. Dadli isə çox inadkar idi. O fikirləşirdi ki, TNK-BP-yə rəhbərlik edə biləcək. Ona görə ki, qanunlar onu müdafiə edirdi. Sonda hökumət onu zəhərləmək qərarına gəldi. Biz zəhəri Dadliyə kimin verdiyini heç cür müəyyənləşdirə bilmədik.

Britaniyada aparılan testlərdən sonra zəhərlənmənin Rusiyada olduğu müəyyən edildi. Bu barədə məndə etibarlı mənbələrdən də məlumat var. Zəhəri verməkdə məqsəd Dadlinin ölümü deyildi. Sadəcə, ona mesaj vermək istəyirdilər ki, artıq o, ölkəni tərk etməlidir. Dadli Moskvanı tərk etdikdən sonra Londona yox, Avropadakı gizli yerlərdən birinə aparıldı”.

Qeyd edək ki, Dadli TNK-BP şirkətinin rəhbərliyini 2008-ci ildə tərk edib. O, hazırda BP şirkətinin baş direktorudur.

İlya Zaslavski isə 2009-cu ilə qədər bu şirkətdə normativ-hüquqi məsələlər departamentində çalışıb. Sonradan o, "Qazprom”la bağlı məxfi informasiyaları toplamaqda ittiham olunub. Rusiyanı tərk edən Zaslavski Nyu Yorka köçüb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol