• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” mətbuat nümayəndələri ilə ənənəvi görüşünü keçirdi

“Nar” mətbuat nümayəndələri ilə ənənəvi görüşünü keçirdi
11.05.2018 16:04
"Nar” media nümayəndələri ilə ənənəvi görüşünü keçirdi. Çoxsaylı jurnalistlərin iştirak etdiyi görüşdə mobil operatorun son nailiyyətləri, məhsul və xidmətləri, genişləndirilmiş şəbəkəsi və korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində görülmüş işlər barədə geniş məlumat verildi.

Görüş zamanı, mobil internetdən istifadəçilərin sayına görə "Nar”-ın ən yüksək yüksək göstəriciyə nail olduğu, mobil internetdən istifadənin həcmində Bakı və Abşeron yarımadasında 88%, bölgələrdə isə 28% artımın müşahidə edildiyi, bir-birindən sərfəli və əlverişli kampaniya və təkliflərin irəli sürüldüyü mətbuat nümayəndələrinin diqqətinə çatdırıldı.

Görüşdə iştirak edən "Azerfon” şirkətinin baş icraçı direktoru Qunnar Panke jurnalistləri salamlayaraq "Nar”-ın ən son uğur və nailiyyətləri barədə öz fikirlərini bölüşdü:

"Dinamik inkişaf sayəsində əldə etdiyimiz nailiyyətlər hər birimizi fərəhləndirir. Bu nəticələr mobil rabitə şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi, eləcə də təqdim etdiyimiz yenilikçi xidmətlər və sərfəli qiymətlər sayəsində mümkün olmuşdur. "Nar” bundan sonra da yüksək inkişaf tempi ilə qarşısına qoyduğu hədəflərə nail olmağa çalışacaq”, - deyə cənab Panke qeyd etdi.

Şəbəkənin daha da gücləndirilməsi istiqamətində atılmış addımlardan bəhs edərkən, 6500-dən çox baza stansiyası ilə müştərilərə yüksəkkeyfiyyətli xidmət göstərildiyi, bölgələrin 4G (LTE) şəbəkəsi ilə təmin edildiyi, təkcə 2018-ci ilin ilk aylarında paytaxt və ölkənin 18 bölgəsində 147 yeni LTE baza stansiyasının quraşdırıldığı, metro stansiyalarında LTE xidmətinin təmin edildiyi, "Formula Azərbaycan qran-prisi” zamanı yarışların keçirildiyi ərazilərdə daha da gücləndirilmiş şəbəkənin təmin edildiyi vurğulandı.

Qeyd edildi ki, 2017-ci ildə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

Abunəçilərin tələb və istəklərini hər zaman nəzərə alan "Nar” müxtəlif məhsul və təkliflər irəli sürüb. Mobil operatorun təqdim etdiyi "Full” paketləri Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq "yanmayan” bonuslar təcrübəsinə əsaslanır. "Qutu” təklifi isə özündə ev üçün fiber-optik internet, rəqəmsal TV, mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə danışıq dəqiqələri təqdim edən və mobil internet xidmətlərini birləşdirən unikal təklifdir. Xüsusi olaraq bölgələr üçün hazırlanmış "Yerlim” tarifindən yararlanmış abunəçilərin sayında 62% artım müşahidə edilib. Bundan başqa, artıq "Nar”-ın bütün "Turbo” internet paketlərində "WhatsApp” pulsuzdur.

Mobil operator uğurlu biznes fəaliyyəti ilə yanaşı, sosial məsuliyyət və ictimai fəaliyyət məsələsinə də xüsusi diqqətlə yanaşır. "Nar” özünün çoxşaxəli KSM strategiyası çərçivəsində Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilmiş GSM laboratoriyasını tələbələrin istifadəsinə açmış, "Microsoft Imagine Cup” müsabiqəsini dəstəkləməklə gənc istedadların üzə çıxarılmasına töhfə vermiş, gənclərin sevimli "Brain Ring” intellektual müsabiqəsinə öz dəstəyini davam etdirmiş və müxtəlif sosial aksiyalara imza atmışdır.

Bu il "Nar” yeni sosial layihə həyata keçirmiş, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Novruz bayramında cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində xidmətdə olan əsgərlərimizi bayram sovqatı ilə təbrik etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirliyi ilə birgə təşkil edilmiş aksiyada əsgər valideynlərinin də iştirakı təmin edilmiş və bu sürpriz vətən keşikçilərində əsl bayram əhval-ruhiyyəsi yaratmışdır.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol