• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni Qaz Emalı Kompleksi tikiləcək

Yeni Qaz Emalı Kompleksi tikiləcək
30.05.2018 11:48
Sumqayıt Kimya Sənaye Parkının tərkibində yaradılan SOCAR Polimer layihəsi çərçivəsində, ölkəmizdə əvvəllər istehsal olunmayan, lakin dünya bazarlarında böyük tələbat duyulan polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı üçün yeni qurğular quraşdırılır. 

Anews.az xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib. 

Zavodda istehsal ediləcək polimer məhsullarının müxtəlif istehlak mallarının istehsalı üçün xammal rolunu oynayacağını deyən R.Abdullayev bildirib ki, bu da öz növbəsində, ölkə daxilində orta və kiçik sahibkarlığın inkişafına münbit şərait yaradacaq:

"Həmçinin cari ildə Yeni Qaz Emalı Kompleksinin tikintisinə başlanması planlaşdırılır. Kompleksdə təbii qaz, xüsusən də səmt qazı karbon qazından təmizlənəcək. C2+ fraksiyalar qazın tərkibindən ayrılaraq polimer məhsullarının istehsalı üçün istifadə ediləcək, təmizlənmiş yanacaq qazı isə ölkə təsərrüfatına veriləcək. Yeni Qaz Emalı Kompleksi ilə bağlı xarici investorlarla aparılan danışıqlarda layihəyə böyük maraq müşahidə edilir. Bu layihəyə maraq göstərən yeni tərəfdaşlarla da danışıqlar aparmağa hazırıq”.

O, SOCAR-ın  eyni zamanda ölkədə istehsal olunan neft və qaz emalı məhsullarının çeşidinin artırılması üçün yeni layihələr icra etdiyin vurğulayıb:

"Artıq bu il istismara veriləcək SOCAR Polymer, Karbamid zavodu, Türkiyədə STAR neft emalı zavodu layihələri iqtisadiyyatımızın şaxələndirilməsi, aqrar sənayenin və qeyri-neft sektorunun inkişafı, habelə region bazarlarının etibarlı təminatı baxımından əhəmiyyətli rola malikdir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol