• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Birliyi və AYİB-in dəstəyi ilə onlayn ödəmə platforması yenidən qurulub

Avropa Birliyi və AYİB-in dəstəyi ilə onlayn ödəmə platforması yenidən qurulub
01.06.2018 16:35
Fərid İsmayılzadə onbir il əvvəl ‘GoldenPay’, onlayn ödəmə prosesinq xidmətini Azərbaycanda təsis edib. 

Həmin dövrdə cənab İsmayılzadə Birləşmiş Ştatlarda çalışardı,vətəninə qayıtdıqda burada onlayn ticacət üçün ödəmə sisteminin olmadığını gördükdə ölkəsində biznes qurmaq qərarına gəlib.

"Mənim üçün bu biznes qurmaq imkanı idi və bu imkanı aşkar etdikdən dərhal sonra bu potensialı araşdırmağa başladım. Tədricən Bakıya qayıdıb bu çağırışın öhdəsindən gəlməyə qərar verdim”, -deyə Fərid İsmayılzadə xatirələrini bölüşür.

"Həmin vaxt ‘GoldenPay’evimdə 3-4 nəfərlə qurulmuş kiçik bir start up idi”- deyə xatırlayan F.İsmayılzadə "Bu gün isə gördünüz ki, ofisdə 30 nəfərdən çox işçi var”- bildirir.

O vaxtdan Avropa İttifaqının "EU4Business” təşəbbüsü, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyiilə hesab.az onlayn ödəmə portalını yaradan şirkət gələcəkdə PaşaBankla birgə öz ödəmə kartını emissiya etməyi, həmçinin ticarət və xidmət müəssisələrində öz pos terminallarını buraxmağı qarşısına məqsəd qoyub.

Fərid İsmayılzadənin sözlərinə görə şirkət sürətlə böyüsə də, biznes strukturu onunla ayaqlaşa bilmirdi:

"Biz bu layihəyə başlayanda hələ 15 nəfərdən ibarət komanda idik. Korporativləşməmişdik, departamentlər, şöbələr yox idi. Hamı hər şeylə məşğul idi, standartlarımız yox idi. Hər şey insanlardan asılı idi. Bir nəfər işdən çıxanda aləm dəyirdi bir-birinə”.

Bu məsələdə "EU4Business” və AYİB, Avropa Birliyi tərəfindən maliyyələşən Kiçik Biznes üçün Məsləhət proqramı ilə şirkətə dəstək oldular. AYİB vəziyyəti qiytmətləndirib, Danimarkalı konsultantın köməyi ilə şirkətin işləmə prinsipini yenidən qurdu.

Həmin məsləhətçi iki il ərzində on dəfə Bakıya gələrək şirkətin strukturunu yenidən qurdu.

"Biz şirkəti startap mentalitetindən korporativ mentalitetə çevirməyə müvəffəq olduq. Artıq şirkətdə struktur, idarə heyəti, departamentlər, hər bir departamentin öz vəzifələri, işləri formalaşdı. Oturuşmuş bir sistem

yarandı və bu da müştərilərə daha keyfiyyətli, daha sürətli xidmət verməyə imkan yaratdı. Şirkət planlarını keyfiyyətlə yerinə yetirməyə başladı”.

‘GoldenPay’ and ‘Hesab.az’ bazarda artıq əsas yer tuturlar: "Ölkədə onlayn bazarın 75%-i bizim payımıza düşür. Bizdən sonra ikinci yerdə gələn bizdən on dəfə balacadır” –deyə İsmayılzadə bildirir.

Bununla belə şirkətin təsisçisi hələ görüləsi işlərin çox olduğunu deyir. Azərbaycanda 5 milyondan artıq bank kartı olsa da, onun cəmi 150-200 mini nağdsız əməliyyat həyata keçirir:

"İnsanlarda güvənsizlik var. Maaşını alan kimi gedib bankomatdan pullarını çəkirlər. Maaş, pensiya veriləndə bankomatlar qarşısında uzun növbədə dayanırlar”- deyə təəssüflə bildirir İsmayılzadə.

Cənab İsmayılzadənin missiyası bu mentaliteti dəyişərək kartdakı pulun cibdəkindən daha təhlükəsiz olmasını insanlara aşılamaqdır. On un fikirincə kartlar oğurlansa onlar sığortalanır, sığorta pulu qaytaracaq, amma cibdə olan pul oğurlandıqda onu heç kəs qaytarmır.

İndi Fərid İsmayılzadənin arzusu ölkəsində "nağdsız cəmiyyət”in qurulmasına nail olmaqdır:

"Biz rəqib olaraq bütün nağd əməliyyatları hesab edirik. Poçta ödəmək də nağddır, banka gedib filialda ödəməkdə nağddır, kioskda ödəmək də nağddır. Onlar hamısı rəqibdirlər. Əlbətdəki biz istərdik ölkəmizdə bütün əməliyyatlar nağdsız həyata keçirilsin”.

İnsanların nağdsız ödənişlər barədə düşüncəsi dəyişdikcə hesab.az portalı yaranan boşluğu doldurmaq üçün tam hazır vəziyyətə gətirilir. Bütün əməliyyatların bir yerdə cəmləşdiyi platforma istifadəçilərə internet və mobil tətbiqlər vasitəsi ilə ödənişlər etməyə imkan verir.

Avropa Birliyi və AYİB-in dəstəyi ilə şirkətə lazımi vəsaitin ayrılması "hesab.az”ın ambisiyalarına çatmasında böyük rol oynayıb. Məsləhət xidmətinin dəyəri 60 min avro idi, onun 10%-i şirkət tərəfindən, yerdə qalan hissəsi isə Avropa Birliyinin maliyyələşməsi hesabına qarşılanıb:

"Biz yetərincə gücləndik, şaxələndik, xaricdə genişlənmək barədə düşündük.Maddi vəziyyətimizi, büdcəmizi daha düzgün qurduq, xərclərimizə daha yaxşı nəzarət eləməyə, daha yaxşı kadrlar seçməyə başladıq”- Fərid İsmayılzadə bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol