• $
  • €
  • ₽
  • ₺
  • £

Pul köçürməsini sayt vasitəsilə etmək mümkün oldu

Pul köçürməsini sayt vasitəsilə etmək mümkün oldu
05.06.2018 09:50
Təcili pul köçürmə sistemi olan "Xəzri”nin yenilənən saytı vasitəsilə pul köçürməsi etmək mümkündür. Bunun üçün 3D Secure xidmətini dəstəkləyən kartın olması zəruridir. Yaxın zamanlarda sayt vasitəsilə köçürmə əməliyyatlarını Ukrayna, Rusiya, Gürcüstan və s. MDB ölkələrinə də sayt vasitəsilə aparılması mümkün olacaq.

Müştərilər www.xazri.az saytına daxil olmaqla, pul köçürmə sistemi barədə ətraflı məlumat ala biləcərlər. Həmçinin ölkə daxilində 1000 manatadək pul köçürmə əməliyyatını sayt vasitəsilə etmək mümkündür.

Müştərilər ölkə daxili göndərilən pul vəsaitini günün istənilən saatında sistemin çoxsaylı tərəfdaş bankının filiallarından və ya 700-ə yaxın Kapital Bank bankomatlarından komissiyasız nağdlaşdıra bilərlər. Həmçinin saytda göndərilən və alınan köçürmələrin statusu barədə də məlumat əldə etmək olar. Köçürmələrə görə 0,8% (min. 1 AZN) komissiya haqqı tutulur. Cəmi 3 dəqiqə ərzində əməliyyatı tamamlamaq mümkündür.

Qeyd edək ki, "Xəzri” hazırda Azərbaycan bazarının ən böyük sistemlərindən biridir. Sistem Azərbaycanda Kapital Bank, Atabank, Expressbank, AFB Bank, Günay Bank və NBC Bank üzrə ümumilikdə 167 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. 2017-ci il üzrə sistem vasitəsilə 400 000-ə yaxın, ümumi məbləği 200 mln. manatadək köçürmə əməliyyatı aparılıb.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol