• $
  • €
  • ₽
  • ₺
  • £

Regionlarda istirahət mərkəzləri satışa çıxarıldı

Regionlarda istirahət mərkəzləri satışa çıxarıldı
04.07.2018 19:19
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 31 iyul tarixində keçiriləcək.

Oxu.Az xəbər verir ki, investorların özəlləşmə prosesinə marağını nəzərə alaraq iyulun son hərracına müxtəlif çeşidli 73 dövlət əmlakı çıxarılıb.

Bunlardan 21-i səhmdar cəmiyyəti, 31-i kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, dördü nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Əli Bayramlı Kimyəvi Təmizləmə”, "Xosrov Metal Plastmas”, "Astara çay-3”, "Sabunçu Ticarət Təchizat”, "Ağcabədi Aqrotexservis”, "Ucar ağac emalı” kimi səhmdar cəmiyyətləri var.

Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Nizamnamə kapitalı 90 min manat olan "Sabunçu Ticarət Təchizat” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin hərracda 44%-nin satılması nəzərdə tutulub.

Kiçik dövlət müəssisələri paytaxtla yanaşı, Göygöl, Qazax, Goranboy, Lənkəran və digər regionlarda yerləşir. Bu əmlaklar üçün təyin olunan ilkin qiymət 2 min və 500 min manat aralığındadır.

Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi isə 35 kv.m ilə 9 min kv.m arasında dəyişir. Bu dövlət əmlaklarına "Qubek Hotel” İstirahət Zonası, Məmmədyarov kinoteatrı, "Çiçək” Sağlamlıq Mərkəzi və investora yüksək səmərə verəcək digər obyektlər aiddir.

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Əmlak kompleksi müxtəlif biznes sahələrində investora yüksək gəlir gətirə biləcək. Adıçəkilən dövlət əmlakının ümumi faydalı sahəsi 1 min 169 kv.m, ilkin hərrac qiyməti isə 500 min manatdır.

Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələri paytaxtın Suraxanı, Səbail, Nərimanov, Xətai və digər rayonlarında yerləşir. Hərraca çıxarılan belə əmlakların ümumi faydalı sahəsi 14 kv.m ilə 295 kv.m intervalında dəyişir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol