• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika ipoteka portfelini artırdı

Bank Respublika ipoteka portfelini artırdı
12.07.2018 11:36
Ölkədə ipotekanın inkişaf etdirilməsi hər zaman Bank Respublikanın fəaliyyətinin mühüm istiqamətlərindən biri olub.Hal-hazırda bank ipoteka kreditləşməsi sahəsində aparıcı mövqeyini qoruyub saxlayır və bu istiqaməti fəal inkişaf etdirir.

2018-ci ilin 6 ayının yekunları üzrə Bank 6 mln. manat məbləğində 71 ipoteka krediti verib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 25% çoxdur. Bununla bərabər ipoteka portfeli 22% artaraq 34 mln. manat təşkil edib.

"Bu göstərici, ipoteka kreditləşməsi prosesində iştirak edən Bankın hər bir işçisinin səmərəli işinin nəticəsidir. İpoteka bank biznesinin pərakəndə seqmentində mühüm istiqamətlərdən biri sayılır.Biz müştərilərin ehtiyaclarını yaxşı bilirik və onları kreditlə ev almaq üçün ən cəlbedici şərtlərlə təmin etməyə hazırıq.İpoteka krediti müştəri ilə bank arasında uzunmüddətli qarşılıqlı əlaqələri nəzərdə tutur, buna görə də müştəriyə tariflər üzrə əlverişli şəraitlə yanaşı yüksək keyfiyyətixidmətin təklif edilməsi xüsusilə vacibdir” – deyə bankın İdarə Heyətinin sədri Asəf Namazov qeyd etdi.

Bank Respublika müştərilərinə əlverişli şərtlərlə ipoteka krediti almaq imkanı verir. Mənzil almaq istəyənlər mənzil qiymətinin ilkin ödənişinin 25% -ni ödədikdə, 150 min manata qədər kredit ala biləcəklər. İpoteka kreditləri 7% -dən başlayan illik faiz dərəcəsi ilə verilir.

Qeyd edək ki, Bank Respublika Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun səlahiyyətli banklarından biridir. İpoteka kreditləri bankın bütün filiallarında verilir.

Bankın ipoteka kreditinin üstünlüklərindən biri də Mobil Şöbə və İnternet Şöbə xidmətlərindən pulsuz istifadədir. Bu xidmətlər sayəsində asanlıqla və banka gəlmədən ipoteka kreditini ödəyə bilərsiniz. Avtomatik ödəniş xidməti eyni zamanda ödəmənin hər ay xatırlanması zərurətini aradan qaldıracaq, lakin ödəmənin təyin edilmiş məbləğə və ödəniş tarixinə uyğun olaraq avtomatik olaraq ödənilməsini təmin edəcəkdir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol