• $
  • €
  • ₽
  • ₺
  • £

"Palmali Group"dan əmək haqqı açıqlaması- SƏBƏB NƏDİR?

"Palmali Group"dan əmək haqqı açıqlaması- SƏBƏB NƏDİR?
20.07.2018 14:08
 Bu gün bir sıra KİV-lərdə "Palmali Group"un gəmilərində çalışan işçilərin maaşlarının ödənilməməsi və buna görə ekipajdakıların aclıq aksiyası keçirməsi barədə xəbərlər yayılıb.
 
Bu xəbərlərlə bağlı rəsmi açıqlama ilə çıxış edən şirkət bəyan edib ki, bu məsələdə məsuliyyətin onların üzərinə atılması doğru deyil. Belə ki, şirkət öz tərəfindən əmək haqlarını köçürüb. Ancaq bəzi bankların sanksiya altında olması səbəbindən bu problem ortaya çıxıb. Gecikmə də bu səbəbdən olub. Bu problem Rusiya limanlarında qarşımıza çıxır.
 
 
Bir neçə gəmiyə də maaşlar gecikmə olsa da hesablarına köçürülür. Adıçəkilən gəmidə çalışanların maaşları da ödənilib. Bu gün belə bir bəyanatın yaydıranların məqsədi "Palmali Group"un işgüzar nüfuzuna zərbə vurmaqdan ibarətdir. Bizim heç bir Avropa limanında belə bir problemimiz yoxdur. Rusiya limanlarında belə problemlər ortaya çıxır ki, bu problemlər də sırf banklara qoyulan sanksiyalarla bağlıdır.
 
Ona görə də "Palmali Group"un mövqeyini öyrənmədən bu tipli xəbərləri ictimailəşdirmək KİV haqqında qanuna, habelə jurnalistika qaydalarına ziddir. Odur ki, media orqanlarından bu tipli xəbərləri ictimailəşdirərkən, mövqe öyrənmələrini onlara tövsiyyə edirik.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol