• $
  • €
  • ₽
  • ₺
  • £

"AccessBank" nizamnamə kapitalını 140 mln. manat atrırır

"AccessBank" nizamnamə kapitalını 140 mln. manat atrırır
31.07.2018 14:26
"AccessBank" 2018-ci ilin ilk yarımilliyinə dair maliyyə göstəricilərini açıqlayıb.

Hesabat dövrünün sonuna bankın aktivlərinin həcmi 827,873 mln. manat təşkil edib ki, bu da birinci rübün sonu ilə müqayisədə 2,894 mln. manat çoxdur. Aktivlərin artımı əsasən kredit portfelinin böyüməsi hesabına baş verib. Belə ki, ilk rüblə müqayisədə "AccessBank"ın kredit portfeli 12,580 mln. manat artaraq 503,743 mln. manat təşkil edib. Bankın depozit portfeli də ənənəvi şəkildə artım nümayiş etdirib. Bankda yerləşdirilən depozitlərin həcmi birinci rüblə müqayisədə 21,959 mln. manat artaraq 450,155 mln. manata çatıb. Bu isə müştərilərin banka olan yüksək etimadından xəbər verir.

İyun ayının sonuna "AccessBank"ın ani likvidlik əmsalı 93,03% təşkil edir ki, bu da minimal normativ tələbi 3 dəfədən çox üstələyir. Bu isə bankda kifayət qədər likvid vəsaitin olması deməkdir.

"AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, ötən həftə baş tutan Səhmdarların Ümumi Yığıncağında bankın nizamnamə kapitalının 140 mln. manat məbləğində artırılması barədə qərar qəbul olunub. Onun sözlərinə görə, nizamnamə kapitalının artırılması banka yeni inkişaf mərhələsinə daxil olmaq üçün yaxşı imkanlar yaradır: "Mikromaliyyələşmə sahəsinin lideri olaraq mövqeyimizi nəinki qorumağı, hətta gücləndirməyi düşünürük. Bu məqsədə nail olmaq üçün bizim maliyyə dayanıqlılığı, kadr potensialı və müştəri etibarı kimi zəruri resurslarımız var. Bazar payımızı gücləndirməklə yanaşı, biz xidmət səviyyəmizin artırılması üçün də lazımi addımlar atacağıq. Biz 2018-ci ilə olduqca pozitiv baxırıq və qarşıya qoyulan hədəflərə nail olacağımıza əminik".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol