• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank Mobile istifadəçilərinin sayı 200.000-i keçib

Unibank Mobile istifadəçilərinin sayı 200.000-i keçib
15.08.2018 11:29
Unibankın mobil bank əlavəsi olan Unibank Mobile-ın istifadəçilərinin sayı 200.000-i ötüb. Yəni indi ən azı 200 min Unibank müştərisi banka gəlmədən, istənilən vaxt və istənilən yerdə, bankın xidmətlərindən rahat və sürətli istifadə edə bilir.

Araşdırmaların nəticəsi olaraq Unibank Mobile son 3 il ərzində davamlı olaraq Azərbaycanın ən mükəmməl və çox istifadə olunan mobil bank tətbiqi seçilir:

- 2016-cı ildə Azərbaycan bank sistemində ən qabaqcıl mobil bankçılıq xidməti- "Deloitte & Touche LLC”;

- 2017-ci ildə Azərbaycanın ən yaxşı mobil bankı - nüfuzlu "Markswebb” agentliyi;

- 2018-ci ildə ölkədə ən çox yüklənən mobil bank əlavəsi – "Business Insight International Research Group”-un araşdırması;

- Ən yaxşı mobil bank əlavəsi- NETTY2018 Azərbaycanın Milli internet mükafatının qalibi.

Yaxın günlərdə Unibank Mobile-ın yeni xidmətləri istifadəçilərə təqdim ediləcək. Unibank Mobile, Unibank müştərisinin əksər bank məhsul və xidmətlərindən öz telefonunda istifadə etmək imkanının yaradılmasını qarşısına məqsəd qoyub. Qoşulması çox asan olan Unibank Mobile, bankın müştərisini təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.

İndi ölkədə fəaliyyət göstərən istənilən bankın kartına sahib olan şəxslər Unibank Mobile əlavəsi ilə bank xidmətlərindən faydalana bilirlər. Sizin bank kartınız Unibankda deyil, digər bankda olsa belə, bank xidmətlərindən elə olduğunuz yerdə, öz telefonunuzda istifadə edə bilərsiniz. Bunun üçün sadəcə telefonunuza Unibank Mobile mobil əlavəsini yükləməyiniz və bank kartınızı əlavə etməyiniz kifayətdir.

Unibank Mobile iOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkdən http://onelink.to/ffdbwf yükləyə bilərsiniz. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən(www.facebook.com/unibank.az , https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank Mobile- bankdan daha yaxın!

Unibank-hər kəsin bankı!

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol