• $
  • €
  • ₽
  • ₺
  • £

Zığda binada çatlar əmələ gəldi

Zığda binada çatlar əmələ gəldi
17.08.2018 15:06
Son günlər müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra Azərbaycanın bəzi ərazilərində yeni sürüşmə zonaları yaranıb, köhnə sürüşmələrdə aktivlik qeydə alınıb.

BiG.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov report-a açıqlamasında deyib ki, Abşeron yarımadasında ən təhlükəli ərazi Zığ sürüşmə sahəsidir, hazırda həmin ərazidə aktivlik müşahidə olunur: "Zığdakı sürüşmə zonasında yerləşən beşmərtəbəli binada çatlar əmələ gəlib”.

Onun sözlərinə görə, Abşeron rayonunun Nübar qəsəbəsində, Masazır qəsəbəsindəki Zəli gölü adlanan ərazidə aktivlik qeydə alınıb.

Mütəxəssis xatırladıb ki, Şamaxı şəhər, məhəllə 48 A ünvanında avqustun 15-də torpaq sürüşməsi baş verib: "Bir ildən çoxdur həmin ərazini müşahidə edirik və mütəmadi məlumat veririk. Hər ay bülletenlərdə orada aktivliyin olmasını qeyd edilir. Son günlərdə atmosfer çöküntüllərinin həddən artıq olması bu prosesi biraz da aktivləşdirib. Həmin məhəllə yeni salınmış məhəllədir, hava şəraiti ilə əlaqədar orda sürüşmə prosesi aktiv fazaya keçib. Son günlər orada müəyyən uçqunlar olub, bəzi evlərə ziyan dəyib. Şamaxı rayonu tektonik cəhətdən olduqca mürəkkəbdir, yəni sürüşməyə meylli ərazidir”.

Ə.Qaralov Ağsu aşırımının 156-cı km-də də çökmə və uçqunun baş verdiyini bildirib. Onun sözlərinə görə, Bakı-Şamaxı yolunun 106-111-cu kilometrliyində (Acıdərə adlı ərazi) də aktivlik qeydə alınıb: "Şamaxının Çaylı və Qaleybuğurd kəndlərində aktivləşmə olması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən 168 nömrəli "Qaynar xətt”inə müraciət edilib. Bundan əlavə, Muğanlı-İsmayıllı magistral avtomobil yolunun 2-11-ci kilometrliklərində ayrı-ayrı hissələrində aktivlik qalmaqdadır”.

Digər bölgələrə gəlincə ekspedisiya rəisi bildirib ki, Lənkəran-Lerik yolunun 37-40-cı kilometrliyində uçqun və çökmə prosesləri baş verib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol