• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük Komitəsindən vacib açıqlama

Gömrük Komitəsindən vacib açıqlama
17.08.2018 20:45
"Avqustun 17-də bəzi internet resurslarında və sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsi, onun rəhbərliyi və gömrük orqanları haqqında yenə də əsassız, məqsədli şəxsin təxəyyülünün məhsulu olan böhtan xarakterli məlumat yayılıb”.

"Qafqazinfo” xəbər verir ki, bu, Komitənin açıqlamasında qeyd olunub.

Qurumdan bildirilib ki, məlumatda əvvəl DGK rəhbərliyi haqqında hər hansı fakta söykənmədən, sifarişə uyğun olaraq yazılan ittiham xarakterli müxtəlif fikirlər səsləndirilir. Daha sonra isə Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunda guya gömrükçülər tərəfindən süni sıxlıq yaradıldığı, müəyyən məbləğdə vəsait müqabilində bəzi sürücülərin və vətəndaşların növbədənkənar buraxıldığına dair hər hansı fakta söykənməyən ittihamlar irəli sürülür.

Komitə həmin məlumatda ifadə edilən  "etibarlı mənbə”, "vətəndaşlar bildirir ki”, "əldə etdiyimiz məlumata görə” kimi qeyri-müəyyən mənbələrin artıq tarixdə qaldığını və şəxsi təxəyyül olduğunu açıqlayıb:

"Hər hansı vizual dəlil, konkret sürücü, sahibkar və ya şəxs adı olmadan gömrük orqanları haqqında irəli sürülən iddialar çirkin iftiradan başqa bir şey deyil.
Məlumatın sonunda əlavə edilən videotəsvirlərdə əks olunan hadisələr isə gömrük zonasından kənarda, postun qarşısında baş verir və həmin ərazi gömrük zonası deyil. Bu ərazidə baş verənlərə görə gömrük orqanları cavabdehlik daşımır. Gömrük zonası mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin həyata keçirildiyi yerdir.

Təəssüf doğurucu hal isə ondan ibarətdir ki, gömrükçü formasını belə tanımayanlar gömrük orqanlarına qarşı bu cür əsassız iddialar irəli sürür, çirkin iftiralar atırlar”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol