• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sürüşmə zonaları aktivləşib - RƏSMİ

Azərbaycanda sürüşmə zonaları aktivləşib - RƏSMİ
06.09.2018 11:27
Ötən ay Azərbaycanda bəzi ərazilərdə sürüşmə sahələri aktivləşib.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. 

Onun sözlərinə görə, avqustda Bakı-Ağsu yolunun 132-156-cı kilometrliyində sürüşmə prosesi aktivləşib:

"Lokal sahələrdə uçqun prosesləri yaranıb. Şamaxı-Qaleybuğurd-Keçməddin yolunun 24-25-ci kilometrliyində yerləşən Ağsuçayda baş vermiş sel nəticəsində Keçməddin kəndinə giriş yolunda uçqun hadisəsi baş verib.

Ötən ay Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyində uçqun-töküntü prosesləri, 27-29-cu kilometrliyində olan sürüşmə sahəsində uçqun-sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilib”.

Əziz Qaralov bildirib ki, Lənkəranın Gəgiran kəndində sürüşmə sahəsi olan ərazi genişlənib:

"Tükəvilə-Diryan-Gəgiran yolunun 12-ci kilometrliyində yolun hər iki çiynində çökmə-oturma prosesləri baş verib. Masallı-Yardımlı yolunun 13-15, 7-16- 24-25, 4-26-cı kilometrliyində yolboyu bir neçə yerdə uçqun-töküntü prosesləri olub”.

Nazirlik rəsmisi qeyd edib ki, Lerik-Qoşmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsinin dinamikasında aktivlik olub:

"Yolun hərəkət hissəsində çökmə var. Cəlilabad-Cəngan-Soltankənd yolunda, Gədəbəy rayonunun Pirdağ sürüşmə sahəsində, Xızı-Altıağac yolunun 1-ci kilometrliyində mövcud sürüşmə sahəsində aktivlik olub”.
  

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol