• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline

“Bakcell”dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
26.09.2018 09:21
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi olan Bakcell şirkəti özünün yeni "DaimOnline” tarif paketlərini abunəçilərinə tanıtmaq məqsədilə maraqlı aksiya və onlayn müsabiqə təşkil edib.

Aksiya çərçivəsində Bakının mərkəzində - "Fəvvarələr Meydanı”nda xüsusi "DaimOnline” çadırı quraraq qonaqlara "Foto monitor” və "İnsta Print” kimi əyləncələrdə iştirak edib maraqlı hədiyyələrə sahib olmaq imkanı verilir. Stendin ziyarətçiləri burada həmçinin yeni "DaimOnline” tarif paketləri barədə ətraflı məlumat əldə edə bilərlər.

Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verdiyini nəzərə alaraq, Bakcell şirkəti bir müddət əvvəl yeni "DaimOnline” paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz "WhatsApp”, "Facebook” və "Instagram” istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər. Limitsiz "WhatsApp”, "Facebook” və "Instagram” imkanı təqdim edən yeni "DaimOnline” tarif paketlərini istifadəyə verməklə, Bakcell gənc abunəçiləri limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daim onlayn olmaq imkanı əldə ediblər.

Bundan əlavə, Bakcell özünün rəsmi "Instagram” və "Facebook” səhifələrində onlayn müsabiqə keçirir. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar yuxarıda qeyd olunan sosial şəbəkələrdə "Bakcell”in səhifəsinə abunə olmalı və "Fəvvarələr Meydanı”nda quraşdırılmış xüsusi "DaimOnline” çadırının yanında şəkil çəkdirib #DaimOnlineBakcell həşteqi ilə paylaşmalıdır. Müsabiqədə I, IIi və III yer tutan iştirakçılara "Bakcell”dən müvafiq olaraq 300 AZN, 200 AZN və 100 AZN dəyərində hədiyyə kartları təqdim ediləcək. Qeyd edək ki, müsabiqədə yalnız Bakcell abunəçiləri iştirak edə bilər. Biznes və ya bağlı sosial şəbəkə profilinə malik olan istifadəçilərə hədiyyə təqdim olunmur. Sözügedən aksiya 28.09.2018-ci il tarixinə qədər davam edəcək, onlayn müsabiqə isə 27.09.2018-ci il tarixində saat 23:59-da bitəcək. Qaliblər "random.org” saytı vasitəsilə müəyyən ediləcək və 01.10.2018-cil tarixində "Bakcell”in "Instagram” və "Facebook” səhifələrində elan olunacaq.

Dəyərli hədiyyə qazanmaq istəyirsinizsə, "Fəvvarələr Meydanı”na tələsin, Bakcell stendində şəkil çəkdirib müsabiqəyə qatılmağa hələ də vaxt var.

İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək.

Bakcell şirkətinin yeni "DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə və yaxud "Bakcell”in rəsmi "Instagram” və "Facebook” səhifələrinə daxil olun.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol