• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik karxana sahiblərinə vaxt verdi

Nazirlik karxana sahiblərinə vaxt verdi
27.09.2018 12:28
Abşeron yarımadasında fəaliyyət göstərən daş karxanalarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən iyul-avqust aylarında monitorinq keçirilib və əksər daş karxanalarının fəaliyyətində nöqsanlar aşkar olunaraq qanunamüvafiq aktlar tərtib olunub.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, görülən tədbirlər karxana sahibləri və istismarçılarda bəzi suallar doğurduğu üçün 3 sentyabr 2018-ci il tarixində ETSN-də onlarla görüş keçirilib. Əksər karxana istismarçılarının torpaq ayırmaya dair sərəncamlarının olmadığı, nazirlik tərəfindən verilən ekoloji və geoloji sənədlərin vaxtının bitdiyi, bəzi karxana istismarçılarının isə ümumiyyətlə heç bir sənədinin olmadığı bir daha onların diqqətinə çatdırılıb. Yol verdikləri nöqsanları başa düşdükləri, qoyulan qanuni tələbləri anlayışla qarşıladıqları nəzərə alınaraq karxana istismarçılarına mövcud olan nöqsanların aradan qaldırılması, sənədlərinin tam qaydaya salınması üçün əlavə 45 gün vaxt verilib.

ETSN tərəfindən karxana istismarçılarının nəzərinə çatdırılır ki, müvafiq icra orqanlarından sərəncam alan hər bir fiziki və hüquqi şəxsə Nazirlik tərəfindən ekoloji sənədlər veriləcək. Torpaq ayırmaya dair sərəncamı olan istismarçılar "Bərəkət 98”, "Gülbaxt TMK” və digərləri ekoloji və geoloji sənədlərin alınması üçün Ekspertiza İdarəsinə müraciət edib.

Yaxın günlərdə sənədlər onlara təqdim olunacaq və hər bir istismarçıya işlərinin aparılması zamanı ətraf mühitə mənfi təsirin azaldılması məqsədilə müasir texnologiyalardan istifadə edilməsi barədə tövsiyələr, karxanaların müasir metodlar ilə istismara keçməsi üçün isə müəyyən vaxt veriləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol