• $
  • €
  • ₽
  • ₺
  • £

Maaşlar artırılacaq

Maaşlar artırılacaq
12.10.2018 10:42
GoldNews.az xəbər verir ki, Vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı verdiyi anonslardan biri də əməkhaqları ilə bağlıdır.

M.Cabbarov qeyd edib ki, hazırlanan dəyişikliklər sırasında əməkhaqqının üzərinə düşən fiskal yükün azaldılması məsələsi xüsusi yer tutur:

"Bir çox hallarda əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsi praktikasına sövq edir. Bu vəziyyət "kölgə iqtisadiyyatı”nın genişlənməsinin əsas səbəblərindən biridir. İnzibati tədbirlərin görülməsinə baxmayaraq, bu məsələ problem olaraq qalmaqdadır. İslahatın başlıca məqsədi mövcud əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-neft sektorunun inkişafına əlavə təkan verilməsi və yeni iş yerlərinin açılması üçün sahibkarlarda iqtisadi motivasiyanın yaradılmasıdır. Bu məqsədlə qeyri-neft sektorunda əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti və vahid inzibatçılığın tətbiqi təklif olunur. Güman edirik ki, islahat nəticəsində qeyri-rəsmi məşğulluğun səviyyəsi azalacaq və sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağı artacaq”.

Nazirin dediklərindən belə anlaşılır ki:

1. Əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti veriləcək;

2. Bu güzəşt yalnız qeyri-neft sektoruna aid ediləcək;

3. Vahid inzibatçılıq tətbiq ediləcək.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib ki, dövlət başçısının tapşırığına əsasən, əməkhaqqının üzərinə düşən fiskal yükünün azaldılması ilə bağlı islahatlar paketi hazırlanır:

"Vergilər naziri Mikayıl Cabbarov da öz çıxışında bu məsələyə toxundu. Qeyri-leqal əməkhaqları və kölgə iqtisadiyyatı ilə mübarizədə yeni yanaşmalara və təşviq mexanizmlərinə ehtiyac var. Vergi dərəcələri həm də təşviqedici olacaq. İqtisadiyyatın inkişafı üçün əhatəli uçot və haqlı rəqabət mühitinin əhatəsi genişlənəcək”.

Deputat qeyd edib ki, yeni dəyişiklilər və innovativ metodlar sahibkarlığın inkişafında mühüm rol oynayacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol